Azay Quliyev: “Beynəlxalq təşkilatlar Şuşaya qarşı törədilən vandalizmə biganə qalmamalıdırlar”
Tarix: 04.05.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsinin icrasına başlanılıb.
Şurada layihə çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkənin (Polşa, Türkiyə, Litva, İspaniya, Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Bolqarıstan, Yunanıstan, Belçika, İsrail, Rumıniya, Estoniya, Latviya, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Sudan) QHT-ləri ilə görüş keçirilib.
Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri haqqında qonaqlara ətraflı məlumat verib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Şuşaya qarşı törədilən vandalizmə biganə qalmamalıdırlar.
Şura sədri Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkün düşən bir milyondan artıq azərbaycanlının əksər fundamental hüquqlarından məhrum edildiyini, zəpt olunan Azərbaycan ərazilərindəki mədəni, tarixi abidələrin tamamı ilə dağıdıldığını vurğulayıb.
A.Quliyev BMT-nin işğal edilmiş Azərbaycan ərazilərinin qeyri-şərtsiz azad olunmasıyla bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq müddətdə Ermənistan tərəfindən icra edilməməsini təəssüflə qeyd edərək, vətəndaş cəmiyyəti inistitutlarını bu ədalətsizliyə qarşı mübarizənin önündə yer almağa çağırıb:
“Ermənistanın Qafqazın kanservatoriyası olan Şuşa şəhərini işğal edərək oradakı mədəni, tarixi abidələri dağıtması bütövlükdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsddir. QHT-lərin bu cür faktların beynəlxalq ictimaiyyətə çatdırılması, ədalətin bərpa olunması işində fəallıqlarını artırmalarına ciddi ehtiyac var”.
Beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edən Ermənistana qarşı sanksiyaların tətbiqinin çoxdan vaxtının çatdığını qeyd edən Şura sədri “Şuşaya Azadlıq” beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlərin il boyu davam etdiriləcəyini bildirib.
Görüşdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sözügedən kampaniya çərçivəsində görülmüş işlər, Şuranın strukturu, fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.Görüşün sonunda QHT rəhbərləri ilə fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info