Sürücülərə şad xəbər
Tarix: 04.05.2015 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yaxın günlərdə yekunlaşdırılacaq. Ümumi uzunluğu 1070 metr olan yolda inşa edilən 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da son tamamlanma işləri həyata keçirilir. Estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfal-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Estakadanın Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində də artıq asfal-beton örtüyünün çəkilişi başa çatmaq üzrədir. İşlər bitəndən sonra yolda nişanlanma xətlərinin və “Oyunlar zolağı”nın çəkilməsi işlərihəyata keçiriləcək, həmçinin zəruri olan yerlərdə yol nişanları quraçdırılacaq.
Sözügedən yol istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar , həmçinin Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna maneəsiz çıxa biləcəklər.
Bundan əlavə Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də başa çatmaq üzrədir. Sözügedən ərazidə artıq yeni səki daşları qoyulub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq, ərazidən daşınıb. Yaxın günlərdə yola yeni asfalt-beton örtüyünün döşənməsinə start veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info