Tarixin canlı səhifələri“ adlı III Gənclər Festivalı keçirilib
Tarix: 04.05.2015 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə, Müdafiə Nazirliyi və Lənkəran Rayon İcra Hakimiyyəti ilə birgə Lənkəran rayonunda faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı III Gənclər Festivalı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festival öncəsi nazir Azad Rəhimov, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, müdafiə nazirinin müavini Kərim Vəliyev, Həzi Aslanovun nəvəsi general-leytenant Həzi Aslanov, Lənkəran rayon icra başçısı Taleh Qaraşov, millət vəkili Hadı Rəcəbli, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, xarici ölkələrin səfirləri, eyni zamanda, Böyük Vətən müharibəsi veteranları ulu öndər Heydər Əliyevin abidəsini, Sovet İttifaqi qəhrəmanı Həzi Aslanovun abidəsini və ev-muzeyini ziyarət ediblər.
Saat 20:00-da başlayan tədbirdən əvvəl iştirakçılar Böyük Vətən müharibəsinin epizodlarını özündə əks etdirən səhnələrlə tanış olublar.
Ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaq olub.
600-dən çox tamaşaçının olduğu festivalda cari ildə 105 illiyi qeyd edilən, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, şəxsi igidlik və qoçaqlığına görə 3 "Qırmızı bayraq" ordeni, 2-ci dərəcəli "Suvorov" ordeni, "Aleksandr Nevski" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 2 "Qırmızı ulduz" ordeni general-mayor Həzi Aslanovun, nəinki Azərbaycanın, eyni zamanda, Qafqazın ilk Sovet İttifaqı Qəhrəmanı olmuş İsrafil Məmmədovun, adı belə faşistləri qorxuya gətirən, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatı əyani olaraq canlandırılılıb.
Eyni zamanda, festivalda şərqşünas və tarixçi, Sovet İttifaqı Qəhramanı, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından əvəzsiz əsərlərin müəllifi Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbə tərəfindən tamaşaçılara təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Nazirlər Kabineti dil normalarının pozulmasına görə cərimələrin tətbiqi təklifini qəbul edib
23.07.2019
Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub
23.07.2019
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
23.07.2019
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23.07.2019
Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info