“Bir daha Fransaya qayıtmayacağam”
Tarix: 04.05.2015 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Futbol karyerasına 18 yaşından anadan olduğu Fransanın Bulon-sür-Mer şəhərinin “US-Bulon” komandasında başlayan, ölkənin yığma futbol komandasının məşhur hücumçusu Frank Riberi bir daha Fransaya qayıtmayacağını bəyan edib.
Almaniyanın Münxen Bayern futbol komandasında 7 nömrə altında oynayan futbolçu Fransanı tərk etməsinə səbəb kimi oyununun lazımınca qiymətləndirilmədiyini, komanda rəhbərliyi tərəfindən ona soyuq münasibət bəslənildiyini və dəfələrlə tənqidə məruz qaldığını göstərib. Müxtəlif vaxtlarda Fransanın tanınmış futbol klublarında çıxış edən, ölkənin milli yığma komandasının tərkibində Avropa və dünya çempionatlarında gözəl oyunları ilə azarkeşlərin yaddaşında qalan, Fransa yığmasının 2007-ci, 2008-ci və 2013-cü illərdə əldə etdiyi uğurlarda az əməyi olmayan Frank Riberini idman şərhçiləri çox vaxt Fransa futbolunun ulduzu, məşhur futbolçu Zinəddin Zidanın davamçısı kimi qiymətləndirirlər. Buna baxmayaraq, 32 yaşlı futbolçu Fransanı tərk edərək Münxen Bayern klubunda oynamağa başlayıb. F.Riberi yaxın vaxtlarda Almaniya vətəndaşlığını qəbul edəcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info