2015-ci il Türkmənistanda “Neytrallıq və Sülh ili” kimi qəbul olunub
Tarix: 04.05.2015 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Türkmənistanın Azərbaycandakı səfirliyinin üçüncü katibi Nuri Rozıdcumayev Qafqaz Universitetində bu mövzuda mühazirə oxuyub
Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədov Ağsaqqallar şurasının iclasında türkmən xalqının istəyi ilə 2015-ci ilin ölkənin “Neytrallıq və Sülh ili” elan olunmasını təklif edib. Bu təklif 20 oktyabr 2014-cü ildə şura tərəfindən qəbul olunub. Bu münasibətlə ölkə daxilində və xaricində bu uğurlu siyasi nəaliyyət keçirilən tədbirlərlə qeyd edilir. Türkmənistanın Azərbaycandakı səfirliyinin üçüncü katibi Nuri Rozıdcumayev Qafqaz Universitetində bu mövzuda mühazirə oxuyub. O bildirib ki, ölkəsinin apardığı neytrallığ siyasəti türkmən xalqının qədimdən bəri gələn adət-ənənələrində də özünü göstərir: “Bu baxımdan prezidentimizin dediyi kimi, Türkmənistan yeganə ölkədir ki, “neytrallığ siyasəti” ənənəsini qoruyub saxlayır. Ölkəmizin xarici siyasətinin əsasını beynəlxalq təşkilatlarla və xarici ölkələrlə dostluq yönümlü əməkdaşlıq təşkil edir. Dünya türkmən xalqını regionda sülhun qarantı kimi qəbul edir”. Azərbaycanla Türkmənistan münasibətlərindən də danışan mühazirəçi bildirib ki, ölkə başçılarının apardığı dostluq siyasəti nəticəsində bütün sahələrdə əməkdaşlıq daim inkişaf edir.
Mühazirənin sonunda tələbələr Türkmənistanla bağlı suallar veriblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info