Böyük tarixi şəxsiyyət
Tarix: 04.05.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi, həyatı və əməlləri ilə nəsillərə örnək olan ümummilli lider Heydər Əliyevin keçdiyi böyük şərəfli tarixi yola nəzər salıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edib.

Konfransda Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, dosent Qərib Allahverdiyev “Böyük tarixi şəxsiyyət” mövzusundakı məruzəsində bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Dahi Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının inkişaf tarixinə öz əbədi möhürünü vurub və həmin tarix yüksələn xətt üzrə bu gün də uğurla davam və inkişaf etdirilir.
“Azərbaycanda turizmin potensial imkanlarını yüksək qiymətləndirən və bu sahənin inkişafı üçün yollar arayan dahi rəhbər Heydər Əliyevin 18 aprel 2001-ci il tarxili Sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra geniş işlər görülməyə başlandı. Yeni nazirlik turizm sahəsində yaranmış vəziyyətdən çıxış yolu axtarmağa, ölkə turizminin beynəlxalq standartlar səviyyəsinə qaldırmağa, Azərbaycanın dünya turizm bazarına inteqrasiyası üçün səylə çalışmağa başladı. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə ümummilli lider Heydər Əliyevə borcludur!”:- bu fikirləri konfransda, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hafiz Hüseynov “Heydər Əliyev və Azərbaycanda turizmin dövlət tənzimlənməsi” mövzusundakı məruzəsində səsləndirib.
Sonra Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi, Prezident təqaüdçüsü Surə Qurbanovanın “Heydər Əliyev və Azərbaycan gənclərinin təhsil məsələləri” mövzusunda məruzəsi dinlənilib. Prezident təqaüdçüsünün sözlərinə görə: -“Azərbaycanda, о cümlədən Naxçıvanda təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir”.
Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin zəngin həyat fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info