Azərbaycanda QHT sektorunun səviyyəsi inkişaf etmiş Avropa ölkələrindən geri qalmır
Tarix: 04.05.2015 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Qeyri-hökumət təşkilatları (QHT) vətəndaş cəmiyyətinin əsas struktur elementlərinə və göstəricilərinə aiddir. Vətəndaş cəmiyyətinin əsas effektliliyi ondadır ki, oradakı könüllü vətəndaş assosiasiyaları, idarəetmə strukturları daha yaxşı təşkilatlanır və fəaliyyət göstərirlər, cəmiyyət problemlərinin həllində yaxından iştirak edirlər. Beləliklə, dövlətin bir sıra hallarda nüfuz edə bilmədiyi problemlər vətəndaş təşəbbüslərinin reallaşması sayəsində həllini tapır, ictimai proqres daha dinamik, kütləvi və intensiv olur. QHT-lərin hər hansı sosiumda real mənada varlığı və onun inkişafı naminə səfərbər olmaları, ümumilikdə həmin cəmiyyətin dövrün çağırışlarına hazır olmasına ciddi dəstək verir. QHT-lər vətəndaş cəmiyyətini formalaşdırmaqda, konkret hüquq və vəzifələrə malikdirlər. Bunlar, ilk növbədə QHT-lərin ictimai əhəmiyyətli problemlərin həllində üzərinə düşən vəzifəni lazımi səviyyədə icra etməsi, vətəndaş hüquqlarının yüksək səviyyədə müdafiəsi, vətəndaş cəmiyyəti təsisatlarının inkişafında yaxından iştirakı, qanunun aliliyinin təmin edilməsi, bütövlükdə ayrı-ayrı qurumların sərbəst fəaliyyəti üçün hökumətlə yaxın əməkdaşlıq edilməsi, hökumət qurumları və digər təşkilatlarla sosial partnyorluq münasibətlərinin yaradılması və digər məsələlərdir. Bu baxımdan Azərbaycanda sözügedən sahəyə nəzər yetirək.

QHT sektorumuz: dövlətin iradəsi və dəstəyinə dayanan sürətli inkişafın uğurlu nəticələri
Azərbaycan demokratik, vətəndaş cəmiyyətinin inkişaf etdiyi, insan hüquq və azadlıqlarının təmin olunduğu, KİV-lərin, QHT-lərin, syasi partiyaların tam sərbəst fəaliyyət göstərdiyi ölkədir. Azərbaycanda demokratik göstəricilərdən olan QHT sektorunun səviyyəsi heç bir ölkədən, o cümlədən inkişaf etmiş Avropa ölkələrindən geri qalmır. Ölkəmizdə 2500-dən artıq QHT dövlət qeydiyyatından keçib, onların sərbəst fəaliyyəti üçün zəruri şərait təmin edilib.
Bundan başqa dövlət tərəfindən QHT-lər üçün milli donorçuluq institutunun və QHT-lərin milli məsələlərin həllində iştirakçılığının formalaşdırılması da bu baxımdan xüsusi önəm daşıyır.

İndiyə kimi, xarici donorların kəşfiyyat xarakterli, mücərrəd mövzulara daha çox ayırdıqları diqqətdən fərqli olaraq, dövlət dəstəyi nəticəsində sosial məsələlərin həllinə, vətəndaşların sosial sahə və sosial hüquqlarla bağlı maarifləndirilməsinə, ayrı-ayrı qrupların peşə vərdişi və bacarıqlarının artırılmasına yönələn layihələrin maliyyələşdirilməsi mümkünləşib

Belə ki, Azərbaycan dövləti vətəndaş cəmiyyətinin daha yüksək səviyyədə təşkil olunmasında siyasi iradə və əməli iş nümayiş etdirir. Bunun isə çox uğurlu nəticələri var. Bu siyasi iradə vətəndaş cəmiyyətinin inkişafı üçün real mexanizmləri də ehtiva edir. 27 iyul 2007-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası ilə bağlı sərəncam imzaladı. Konsepsiya QHT sektorunun inkişafında yeni mərhələnin başlanması üçün baza prinsiplərini müəyyən etdi. 13 dekabr 2007-ci il tarixli Prezident fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı və onun Əsasnaməsi təsdiq edildi. Nəhayət, QHT nümayəndələri arasında aparılmış şəffaf seçkilərdən sonra Prezidentin 16 aprel 2008-ci il tarixli sərəncamı ilə şura üzvləri təyin edildi və bununla da şura intensiv fəaliyyətə başladı. Həmçinin Azərbaycan Prezidenti yanında Gənclər Fondunun 2012-ci ildən başlayaraq, gənclər təşkilatlarının müxtəlif istiqamətlərdə layihələrini dəstəkləməsi də, QHT sektorunda milli donorçuluq institutunun formalaşdırılmasında önəmli mərhələ sayıla bilər.

QHT-lərin hüquq və vəzifələrinin öhdəsindən gəlməsi üçün münbit şərait və dövlət dəstəyi təmin edilib
Beləliklə, ölkədə QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında hüquq və vəzifələrinin öhdəsindən gəlməsi üçün birinci və əsas zəruri şərt - dövlət tərəfindən münbit şərait və dəstək təmin edilib. İlk növbədə maliyyə baxımından QHT-lərin layihələri, proqramları dəstəklənir. İkincisi, onların fəaliyyəti üçün hüquqi şəraitin yaradılması, qanunların qəbulu və müvafiq qanunlara əlavə və dəyişikliklərin edilməsi, qanunvericilik prosesinin daim təkmilləşdirilməsi işi həyata keçirilib. Üçüncüsü, QHT-lərin fəaliyyəti üçün dövlət texniki-təşkilati dəstək göstərir. Bu işlər QHT-lərə Dövlət Dəstəyi Şurası, eləcə də Gənclər Fondu tərəfindən peşəkarcasına reallaşdırılmaqdadır. Bütövlükdə QHT-lərin fəaliyyəti üçün sərbəst və müstəqil bir mühit yaradılıb. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət QHT-lərə hər növ dəstəyin verilməsini təmin edib. QHT-lər ictimaiyyəti və ölkəni maraqlandıran hər problematik sahədə dəstəklənirlər. Bu, dövlətin yaratdığı mühüm şərait kimi xarakterizə edilir və QHT-lərin intensiv və effektiv fəaliyyətini şərtləndirmiş olur. Bunun nəticəsidir ki, ölkədə çoxlu təcrübəli, hətta, beynəlxalq təşkilatlarla rəqabət apara biləcək QHT-lər var. QHT sektoruna dövlət dəstəyinin həyata keçirilməsi QHT-lərin milli və sosial sahədə təşəbbüslərinin intensivləşməsinə və miqyasının genişlənməsinə də səbəb olub. İndiyə kimi, xarici donorların mücərrəd mövzulara daha çox ayırdıqları diqqətdən fərqli olaraq, dövlət dəstəyi nəticəsində sosial məsələlərin həllinə, vətəndaşların sosial sahə və sosial hüquqlarla bağlı maarifləndirilməsinə, ayrı-ayrı qrupların peşə vərdişi və bacarıqlarının artırılmasına yönələn layihələrin maliyyələşdirilməsi mümkünləşib. Bu baxımdan iki nüansı xüsusilə qeyd edək: milli və sosial yüklü məsələlər. Təkcə Qarabağ münaqişəsi ilə bağlı keçirilən müsabiqələrdə ümumilikdə bir neçə yüz layihə maliyyələşdirilib. İldən-ilə bu cür maliyyələşdirilən layihələrin sayı daha da artır. Ayrıca, mədəniyyətimizin təbliği, diasporun mütəşəkkilləşdirilməsi məsələlərinə aid çoxlu sayda layihələr də qeyd edilməlidir. Sosial məsələlərlə bağlı layihələrin maliyyələşdirilməsi QHT-lərin vətəndaşların bu sahədə daha yaxşı təminatı işinə dəstək olmasını təmin edib. Son illərdə ölkənin iqtisadi imkanları bu istiqamətə diqqəti gücləndirib. Sosial sahəyə dəstək getdikcə artır. Sosial-iqtisadi problemlərin həllində vətəndaş təşəbbüslərinin sistemləşdirilməsi sosial sferada müsbət tendensiyaların oturuşmasına gətirib. Bu sahəyə xüsusi diqqət və maliyyələrin önəmli qisminin ayrılması dövlətin sözügedən sektorda prioritetləri sırasına daxildir. Beləliklə, QHT-lərin sosial məsələlərlə bağlı intensivləşməsi cəmiyyətdə sosial kapitalın formalaşmasını da sürətləndirir - vətəndaşların ictimai mənafelər naminə birləşmək mədəniyyəti yüksəlir.

QHT sektoruna dövlət dəstəyinin həyata keçirilməsi QHT-lərin milli və sosial sahədə təşəbbüslərinin intensivləşməsinə və miqyasının genişlənməsinə səbəb olub

Önəmli məqamlardan biri odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə xarici QHT-lərə də qrantlar ayrılır. Bu isə xarici təşkilatlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, mədəniyyətimizin təbliği və eyni zamanda, milli maraqlarımızın dünyada təqdim eüdilməsi baxımından olduqca önəmli və effektlidir. Eyni zamanda, bu cür layihələr Ermənistanla informasiya savaşında da Azərbaycanın öndə olmasına töhfə verəcək effektlə reallaşdırılır.
Həmçinin, QHT sektoru layihələrinə ayrılan maliyyə vəsaitlərinin ildən-ilə artırılması da, öz növbəsində, layihələrin intensivliyini, effektivliyini və əhatə dairəsini artırmış olur.
Bütün qısaca qeyd edilənlər bir daha göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti sektoru ötən illər ərzində çox inkişaf edib və bu sahədə bir çox göstəricilərinə görə, hətta bir sıra Avropa ölkələrini də geridə qoyub.

Elməddin Behbud:
“QHT-dövlət münasibətləri nəinki yaxın əməkdaşlıq, hətta tərəfdaşlıq səviyyəsinə yüksəlib”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud mövzu ilə bağlı qeyd etdi ki, müstəqiliyimizi bərpa etdikdən sonra yaranan plüralistik mühitdə ən önəmli komponentlərdən biri də QHT-lərdir: “Əsasən, 1995-ci ildən etibarən təşəkkül tapmağa başlayan qeyri-hökumət təşkilatları sektoru bu gün Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissələrindən biridir. Bütövlükdə vətəndaş cəmiyyəti institutları ölkənin bütün taleyüklü məsələlərində aktiv iştiraklarıyla seçilir. Azərbaycan dövlətinin cənab Prezidentin şəxsində bu sektorun inkişafı ilə bağlı nümayiş etdirdiyi siyasi iradə QHT-lərin inkişafında mühüm əhəmiyyət daşıyır.
Əvvəllər o qədər də rəvan olmayan QHT-dövlət münasibətləri bü gün nəinki yaxın əməkdaşlıq, hətta tərəfdaşlıq səviyyəsinə yüksəlib. Sevindiricidir ki, biz istər beynəlxalq müstəvidə, istərsə də ölkə içində ən müxtəlif mövzularda qarşılıqlı faydalı əməkdaşlığın və tərəfdaşlığın nəticələrini görməkdəyik. Bu sırada ən önəmli yeri Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşası tutur. Azərbaycan QHT-ləri Avropada, eyni zamanda Amerikada dövlətimizin xarici siyasət kursuna uyğun olaraq ərazi bütövlüyümüzün bərpası üçün hər il yüzlərlə seminar, konfrans, görüşlər keçirir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, ekoloji, sosial və humanitar xarakterli problemlərini ictimailəşdirilməsi, insan hüququ və azadlıqlarının müdafiəsi, ekoloji, mədəni, sosial və humanitar xarakterli problemlərin ictimailəşdirilməsi və bu istiqamətlərdə maarifçilik işinin aparılmasında da QHT-lərin fəaliyyəti nəzərəçarpandır. Vaxtı ilə demək olar ki, yalnız xarici donorlardan asılı olan Azərbaycan QHT-ləri Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı nümayiş etdirdiyi yüksək siyasi iradə nəticəsində müstəqil fəaliyyət göstərmək imkanına malikdir”.

Vüqar Zifəroğlu:
“Çox xos haldır ki, vətəndaş cəmiyyəti üçün donor qismində artıq Azərbaycan dövlətinə məxsus şuralar və fondlar çıxış edir”
Bu barədə “Palitra” ya fikirlərini bildirən "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu da Azərbaycan dövləti tərəfindən vətəndaş cəmiyyətinə dəstəyi yüksək qiymətləndirdi: “Çox xoş haldır ki, vətəndaş cəmiyyəti üçün donor qismində artıq Azərbaycan dövlətinə məxsus şuralar və fondlar çıxış edir. Milli donorçuluğun güclənməsi, formalaşması, milli maraqlara uyğun layihələrin həyata keçirilməsi baxımından bunu çox müsbət qiymətləndiririk. Və bu da QHT-lərin qarşısında yeni imkanlar açır. İlk növbədə müxtəlif maarifləndirici proqramların həyata keçirilməsi istiqamətində müəyyən işlər görmək olur. Bu prosesləri yüksək qiymətləndirməklə yanaşı, eyni zamanda bizim kimi dövlətçi mövqedə duran və xarici donorlarla prinsip olaraq işləməyən fikir mərkəzlərinin belə donorlara daha çox ehtiyacı var. Məhz bu səbəbdən də biz, milli donorlarımızdan daha çox umuruq. Ümid edirik ki, onlar layihələrin dəstəklənməsi ilə bağlı məsələlərdə bizim kimi təşkilatlara daha artıq yer verəcəklər. Biz indiyədək öz hesabımıza 12 arasdırma kitab nəşr etdirmişik. Gələcəkdə milli donor dəstəyi olarsa, bunun hesabına bunların sayını daha da artırmaq istəyirik. Biz istərdik ki, milli donorların sayı və fəaliyyəti daha da artsın”. V.Zifəroğlu bildirdi ki, milli donorların fəaliyyəti, nəinki Azərbaycanda QHT sektorunun inkisafina dəstək vermiş olur, eyni zamanda müxtəlif məzmunlu maarifçi proqramların da həyata keçirilməsinə, yaxud beynəlxalq aləmdə xarici QHT-lərin bu yöndə Azərbaycanın maraqlarına uyğun layihələr həyata keçirməsinə dəstək verir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info