“Azərbaycan bütün Avropanı yüksək səviyyədə qarşılamağa qadirdir”
Tarix: 04.05.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunları yaxınlaşır və dünən artıq Oyunların məşəlinin növbəti dayanacağı Salyan rayonu oldu. Qeyd edək ki, Avropa Olimpiya Komitəsi Azərbaycanda görülmüş işləri yüksək qiymətləndirib və Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə öz əminliyini bəyan edib.
Bu gün bir faktdır ki, Azərbaycan mühüm beynəlxalq tədbirlərin təşkili, bunun üçün zəruri şəraitin təmin olunması və öz müasir sosial, iqtisadi və idman infrastrukturu ilə dünyanın aparıcı ölkələri ilə müqayisə oluna bilər. Ekspertlərin rəylərinə əsasən, Azərbaycanda mövcud imkanlar istənilən səviyyəli beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir. Hazırda xarici ölkə vətəndaşları, eləcə də orada yaşayan soydaşlarımız Bakıda birinci Avropa Oyunlarının keçirilməsini yüksək qiymətləndirir və bunun təbliğində mühüm rol oynadığını bildirirlər. Onlardan biri Krımda (Simferopol) yaşayan soydaşımız hüquq elmləri doktoru Hafiz Abasovdur. Ölkəmizdə keçiriləcək "Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı xəbərlərdən çox şad olduğunu deyən H.Abasov bildirdi ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün ən böyük hadisələrdən biridir: “Vətənin atdığı bu addım heç də asan deyil, ancaq bu gözəl addımı sərrastlıqla atmağı bacardı. Bu gün sevindirici haldır ki, Azərbaycan bütün Avropanı Xəzər sahilində yüksək səviyyədə qarşılamağa qadirdir. Biz, Vətəndən kənarda yaşayan azərbaycanlılar Vətənin bu xoş günlərinə sevinirik. Mən və əhatəmdə olan azərbaycanlılar istərdik ki, Vətənin xoş günündə onunla bir yerdə olaq. Belə anlarda Vətənin bizi yada salması çox gözəl olardı. "Bakı 2015" ilk Avropa Oyunlarının Avropaya çox böyük təsiri olacaq. Çünki hər bir avropalı Azərbaycanda izlədiyi idman növlərinin, həqiqətən də, gözəl olduqlarını hiss edəcək. Azərbaycan bir daha idmanın insan həyatı üçün nə qədər vacib olduğunu təsdiqləmiş olacaq. Mənim bütün idman növlərinə hörmətlə yanaşıram. Vətəndən kənarda yaşasaq da, qəlbimiz hər zaman onunla döyünür. Heç vaxt bizi böyüdüb boya-başa çatdıran Vətəni yaddan çıxarmır, nəbzimizin onun nəbzi ilə birlikdə döyündüyünü hiss edirik. Biz hər zaman Azərbaycan adlı Vətənimizləyik! Sözlərimi ölkə başçısının sözləri ilə tamamlamaq istərdim: “Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada da liderlik keyfiyyətləri göstərərək yeni standartlar müəyyənləşdirəcək. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməyib. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info