“Azərbaycan Avropa Oyunları zamanı dünyanı heyran qoyacaq”
Tarix: 05.05.2015 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Krımda yaşayan digər həmyerlimiz, general Fəzail Həsənov da "Bakı 2015" ilk Avropa Oyunlarını çox sevindirici bir hal kimi qiymətləndirir: “Zaman yetdikcə Azərbaycan öz gücünü bütün Avropaya, dünyaya təqdim edir.
Tədricən bütün ölkələr Azərbaycanın nəyə qadir olmasına bələd olurlar. Bu gün Vətən olduqca iri addımlarla irəliləyir ki, bu hal bütün azərbaycanlıların sevincinə səbəb olur. Hazırda ölkəmizdə qısa dövr ərzində ölkəmizin idman infrastrukturu müasir standartlara uyğun yenidən qurulub, çoxlu sayda beynəlxalq miqyaslı idman obyektləri yaradılıb, təhlükəsizlik, nəqliyyat, qonaqların və idmançıların yerləşdirilməsi və digər məsələlər uğurla həll olunub. İstərdim belə bir gözəl vaxtda Vətəndə olum. Kim istəməz ki, Vətəninin xoş günündə onunla birlikdə olmasın? Bircə onu bilirəm ki, Azərbaycan Avropa Oyunları zamanı dünyanı heyran qoyacaq. Bu addım bütün dünyanı idman oyunlarına hörmət bəsləməyə səsləyəcək. Mənə elə gəlir ki, Azərbaycanın bu addımı atmaqda məqsədi bütün dünya xalqlarını mehriban, dost cildində görməkdir. Təki belə məqsədi, istəyi həyata keçsin. Ölkə başçımız da bildirib ki, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil: “Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla, əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”. Ən çox sevdiyim idman növü güləşdir. Olduqca maraqlı olduğu üçün bu idman növünü çox sevirəm. Hər zaman Vətənin- Azərbaycanın belə addımlarla irəlilədiyini görmək istərdim. Vətənimiz gün-gündən gözəlləşir, hər kəsi gözəlliyi ilə heyran edir. Biz - Vətəndən uzaqda ömür sürən azərbaycanlılar Azərbaycanımızla fəxr edir, ona yeni-yeni addımlarında müvəffəqiyyətlər arzulayırıq. Nə qədər ki, Vətənin nəbzi vurur, biz də varıq, biz də yaşayırıq. Allahın nəzəri hər zaman Azərbaycanımızın üstündə olsun!”

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info