Üç dövlətin birliyi
Tarix: 05.05.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Pepe Eskobar: “Rusiya, Çin və
İran ABŞ-ın hərbi təcavüz siyasətinə qarşı birgə mübarzə apara bilərlər”
“ABŞ-ın siyasəti Rusiya, Çin və İran arasında hərbi əməkdaşlığın daha da genişlənməsinə səbəb olub. Bu əməkdaşlıq artıq elə səviyyəyə çatıb ki, hər hansı bir münaqişə zamanı Rusiya, Çin və İran ABŞ-ın hərbi təcavüzünə qarçı birgə mübarzı apara bilərlər”. Bu fikirlər jurnalist və siyasətçi Pepe Eskobara aiddir. O, bildirir ki, ABŞ Rusiyanın İrana satdığı “C-300” zenit raket sistemlərinə görə narahat olmadığını açıqlayıb. ABŞ iddia edir ki, İrana verilən “C-300”lər regionda geosiyası vəziyyəti dəyişmir. Amma reallıqda ABŞ-ın “müharibə qızışdırıcıları”
dəhşətə düşüblər. Ekspert qeyd edib ki, Rusiyanın İrana “C-300”, Çinə “C-400” müasir raket sistemlərini satmaqla bağlı planı “Avrasiyanın raket sipərini” dağıdacaq. Məsələ ondadır ki, bu sistemlər həmin dövlətləri ABŞ və NATO-nun mümkün hücumlarından qoruyacaq. Beləliklə, hər üç ölkənin hərbi sahədəki sıx əməkdaşlıq istəyi aydın hiss edilməkdədir. İranın müdafiə naziri Hosseyn Dehkan açıq şəkildə bəyan edib ki, BRİKS-ə üzv olan ölkələr - Çin, Rusiya və Hindistan NATO-nun Şərqə doğru genişlənməsinə, nəzarətsiz hərbi işğalına və Avropada yeni raket müdafiə sistemləri yerləşdirməsinə qarşı birgə aktiv müqavimət göstərəcəklər. Rusiya və Çinin müdafiə nazirləri daimi olaraq vurğulayırlar ki, onların hərbi sahədəki əməkdaşlıqları prioritet istiqamətlərdən biridir. Rusiya tərəfi isə daha da irəli gedərək bəyan edir ki, hər iki dövlət çoxqütblü dünyanın formalaşmasını müdafiə edir. Məlumdur ki, Vaşinqton Asiya-Sakit okean regionunda Çinə, Rusiyaya Şərqi Avropada, İrana isə Yaxın Şərqdə təzyiq etməyə başlayıb. Ona görə də Moskva, Pekin və Tehranın "Yeni İpək Yolu" layihəsini inkişaf etdirməklə "yeni böyük oyun"a başlamasında təəccüblü heç nə yoxdur. Rusiya, Çin və İranın çoxvektorlu strateji alyansı bu dövlətlər üçün real bir uğurdur. Xatırladaq ki, 2010-cu il iyunun 9-da Rusiyanın BMT Təhlükəsizlik Şurasında İrana hərbi texnika satılmasını qadağan edən qətnaməyə səs verməsi ilə Tehrana “C-300” sistemlərinin satılması prosesi dayandırılmışdı. Bu məhdudiyyət Rusiya prezidenti Vladimir Putinin bu ilin aprelində imzaladığı sərəncamla aradan götürülüb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info