Səfir Campaolo Kutillo: “I Avropa Oyunları Azərbaycanın uğur və mədəni irsini nümayiş etdirəcək”
Tarix: 05.05.2015 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Azərbaycan höküməti və Olimpiya Komitəsi hər şey edirlər ki, I Avropa Oyunları böyük müvəffəqiyyətlə keçirilsin. Bu barədə I Avropa Oyunlarına hazırlıq prosesini şərh edərkən İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo bildirib.
Səfir deyib: “Oyunlara hazırlıq və infrastrukturun genişləndirilməsi işləri məmnunedicidir. Mən əminəm ki, Oyunlar Azərbaycanın gözəlliklərini və mədəni irsini nümayiş etdirəcək və Avropaya pəncərə olacaq”.
Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycanın beynəlxalq imicini möhkəmləndirmək və həmçinin böyük uğurlarını nümayiş etdirmək üçün əla fürsətdir.
Diplomat qeyd edib ki, Azərbaycan qonşu və tərəfdarları ilə konstruktiv və dostluq əlaqələri qurmaq istəyən ölkədir.
Səfir deyib: “Milli Olimpiya Komitəsinin başçılıq etdiyi İtaliyanın atletlər nümayəndə heyəti Oyunlarda iştirak edəcək. Böyük italyan heyətinin iştirakı İtaliyanın Oyunların uğuruna töhfə vermək istəyinin sübutudur. Bundan əlavə, İtaliyanın MOK-u və İtaliyanın Azərbaycandakı səfirliyi Bakıda İtaliyanın bütün pərəstişkarları üçün sərgi zalı – “Casa İtalia”-nı açmağı planlaşdırır”.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info