Belarus Respublikası “Bakı-2015”-də 153 idmançı ilə təmsil olunacaq
Tarix: 05.05.2015 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Belarus Respublikası Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, bu ölkənin Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək yığma komandasının heyəti təsdiqlənib. Komandaya 153 idmançı və 54 məşqçi daxil edilib.
Belarus idmançıları akrobatika, boks, sərbəst və yunan-Roma güləşi, velosiped idmanı (VMX və şose), çimərlik voleybolu, gimnastika, baydarka və kanoyedə avarçəkmə, cüdo, üzgüçülük, suya tullanma, batut üzərində tullanma, kamandan oxatma, güllə atıcılığı, stolüstü tennis, triatlon, qılıncoynatma, badminton, karate, sambo, taekvando üzrə yarışacaqlar.
“Bakı-2015”-də iştirak edəcək heyətin siyahısında bədii gimnastika üzrə Belarus milli komandasının ən güclü idmançıları Melitina Stanyuta və Yekaterina Qalkina, Olimpiya çempionları Aleksandr və Andrey Boqdanoviçlər (kanoe), Vadim Maxnev və Roman Petruşenko (baydarka), Sergey Martınov və Konstantin Lukaşik (güllə atıcılığı) yer alıblar.
Yerli mütəxəssislərin proqnozlarına görə, Belarus atletləri Azərbaycan paytaxtında 35 medal uğrunda mübarizə aparmaq iqtidarındadırlar.
Belarus idmançılarının birinci qrupu Bakıya iyunun 10-da gələcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info