Ümummilli liderin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarışlar keçirilib
Tarix: 05.05.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında keçirilən mini-futbol və mini-şahmat turnirinə yekun vurulub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial formalaşdırdığını vurğulayıb. Ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs edən nazir dahi şəxsiyyət Heydər Əliyevin əhalinin rifah halının yüksəldilməsinə xüsusi diqqət və qayğısından söz açıb, bunun bir nümunəsi kimi, 1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə artdığını qeyd edib. “Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanmasına səbəb olub. Ölkəmizin sürətli inkişafı eyni zamanda sosial sahədə uğurlu addımların atılması ilə müşahidə olunur. Möhtərəm dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar əhalinin, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsində mühüm irəliləyişlərə şərait yaradıb. Son on ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib”.
S.Müslümov bu gün Azərbaycanın sabitlik və inkişaf məkanı, müasir və tolerant ölkə olmaqla yanaşı, dünyada bir idman ölkəsi kimi də tanındığını qeyd edib: “Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin daim artan beynəlxalq nüfuzunun növbəti göstəricisidir. Gələn ay ölkəmizdə yüksək səviyyədə keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın bütün sahələrdə nə qədər sürətli inkişafa nail olduğunu dünyaya nümayiş etdirəcək”. Nazir Ulu öndərimizin anadan olmasının 92-ci ildönümü münasibəti ilə belə bir turnirin təşkil olunmasının idmanın gənclər arasında kütləviləşməsinə, sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini bildirib.
Tədbir idman yarışlarının qalibləri olan komandalara kubokun təqdim edilməsi ilə yekunlaşıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info