Gürcüstan hökumətindən Ermənistan parlamentinin sədrinə kəskin etiraz
Tarix: 05.05.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Ermәnistanın Gürcüstandakı sәfiri Yuri Vardanyan Gürcüstan Xarici İşlәr Nazirliyinә çağırılıb.
Gürcüstan XİN-nin yaydığı mәlumata görә, sәfir xarici işlәr nazirinin müavini Gigi Giqiadze ilә görüşüb. Görüş zamanı Gürcüstan tərəfi Ermәnistan parlamentinin sәdri Qalust Saakyanın Gürcüstanın işğal olunmuş Sxinvali bölgəsinin (Cənubi Osetiya) “parlament sədri” Anatoli Bibilovla görüşməsi faktından ciddi narahatlığını ifadə edib. Belə ki, Q. Saakyan və A. Bibilov Azərbaycanın işğal olunmuş ərazisi – Dağlıq Qarabağda görüş keçiriblər və “ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələləri” müzakirə ediblər. G. Giqiadze bildirib ki, bu fakt Gürcüstanla Ermənistan arasında ənənəvi dostluğa və ikitərəfli münasibətlərə ziyan vurur. Nazir müavini görüşün qeyri-formal xarakter daşıdığı barədə yayılan xəbərdən də təəccübləndiyini söyləyərək qeyd edib ki, gürcü tərəfi üçün dost ölkənin işğalçı rejimin nümayəndələri ilə istənilən xarakterli kommunikasiyası tamamilə qəbuledilməzdir.
Ermənistan səfiri baş verənlərdən təəssüflənərək Gürcüstan tərəfinin mövqeyini ləngimədən Ermənistan rəhbərliyinə çatdıracağını vurğulayıb.
Hadisə ilə əlaqədar Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Ovik Abramyan arasında telefon danışığı da olub. O. Abramyan A. Bibilovun qeyri-iş günü Dağlıq Qarabağa şəxsi səfər etdiyini və Q. Saakyanla şəxsi görüş keçirdiyini iddia edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info