Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans
Tarix: 05.05.2015 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, güclü və qüdrətli dövlət kimi dinamik inkişafında, Azərbaycanın dünyada tanınmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı sayəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrilib, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənib. Natiq, çıxışının sonunda Heydər Əliyev şəxsiyyəti və siyasətinin, həmişəyaşar mənəvi irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılmasının zəruriliyindən bəhs edib.
Ümumi təbabət və gigiyena kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Yaşar Rzayevin “Ümummilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi, ümummili liderimizin Azərbaycanın iqtisadi tərəqqisinə gətirib çıxarmış siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi ölkə vətəndaşlarının sağlamlığının yaxşılaşdırılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarət olduğunu bildirən natiq, son illər səhiyyənin maddi-texniki bazasının möhkəmləndirildiyini də nəzərə çatdırıb.
Müalicə işi ixtisası üzrə III kurs tələbəsi, fakültə YAP Gənclər təşkilatının sədri Əminə Seyidzadənin “Qüdrətli dövlət xadimi”, Müalicə işi ixtisası üzrə I kurs tələbəsi Sahilə Əlizadənin “Dahi öndər Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycanın qurtuluşu” mövzularında məruzələri dinlənilib.
Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətini, həmçinin müasir Azərbaycan səhiyyəsinin inkişafını əks etdirən slaydlar nümayiş etdirilib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info