“Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin qalibləri mükafatlandırıldı
Tarix: 05.05.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib. AZADİNFORM xəbər verir ki, tədbirdə TUMİB-nin sədri Çingiz Bayramov, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin Gənclərlə iş sektorunun əməkdaşı Rəna Qurbanova, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Türkiyədə təhsil alan tələbələr və jurnalistlər iştirak edib.
TUMİB-nin sədri Çingiz Bayramov qeyd edib ki, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”nin anlamı çox güclüdür: “Bu tədbir də elə bu mövzuya həsr olunub. Azərbaycançılıq məfkurəsi dədə-babalarımızın bizə qoyduğu mirasdır. Azərbaycançılıq məfkurəsi Ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilib. Heydər Əliyevin ən böyük əsəri Azərbaycan dövlətidir. Azərbaycan dövlətinin bərpa olunmasında Heydər Əliyevin çox böyük rolu oldu. Ulu öndəri biz Azərbaycanda müasirimiz kimi tanıyırıq. Ona görə ki, bu dövlət bizim gözümüzün önündə qurulub. Ümummilli lider Mustafa Kamal Atatürkdən sonra 20-ci əsrin sonuna yaxın ən böyük liderdir. Biz də azərbaycançılıq ideologiyasını gənclərə sevdirmək üçün 4 bölgə seçdik. Şəmkir, Salyan, Qəbələ və Bakının Binəqədi rayonunda azərbaycançılıq ideologiyası ilə bağlı çox mühüm tədbirlər keçirdik”.
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, bu ölkənin gələcək nəsillərə daha gözəl və sağlam şəkildə təqdim olunması indiki gənclərin borcudur: “Bu cür mərasimlərin keçirilməsi həqiqətən də çox vacib məsələlərdən biridir. Gənclərimiz bu tədbirin keçirilməsində azərbaycançılıq mövzusuna gözəl bir ilham mənbəyi kimi baxırlar. Müstəqil Azərbaycan dövləti xalqımızın, millətimizin demək olar ki, tarixdə ən böyük nailiyyətidir. Hətta müstəqilliyimizi qazanmadan öncə də mütəfəkkirlərimiz həmişə Azərbaycanın müstəqilliyi haqqında fikir söyləyiblər. Onlar tariximizi araşdırıblar. Tarixdə olan Azərbaycan dövlətlərinin varlığı haqqında kitablar yazıblar. Ancaq həyat bizə bu səadəti yalnız 1990-cı illərin ilk illərində nəsib etdi. Gənclər bilməlidirlər ki, Azərbaycan 15 respublika içərisində fəlakətli şəkildə müstəqilliyini qazandı. Ona görə ki, bu respublikaların 14-ü bir qarışda olsa öz torpağını itirmədi, qonşu ölkə tərəfindən torpaqları işğala məruz qalmadı. Yalnız Azərbaycan torpağının 20%-ni itirdi. Ermənistan vəhşicəsinə hücum edərək Dağlıq Qarabağ və onun ətrafındakı rayonları işğal edib. Demək olar ki, 1 milyona yaxın insanımızı qaçqın və köçkün vəziyyətinə salıb. 25 ildir hələ də torpaqlarımız işğal altındadır”.
Gələn ay Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı əks-təbliğat işləri aparan təşkilatlardan danışan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin Gənclərlə iş sektorunun əməkdaşı Rəna Qurbanova qeyd edib ki, həmin təşkilatlar bir dəfə də olsun Xocalı faciəsi, Azərbaycana qarşı törədilən soyqırımı ilə bağlı bəyanat verməyiblər: “Bunların məqsədləri bəllidir, bunlara maliyyə verən tərəflər də bəllidir. Mən Azərbaycan gənclərini bu kimi təşkilatların fikirlərinə aldanmamağa çağırıram. İstərdim ki, gənclərimiz sosial şəbəkələrdən də səmərəli şəkildə istifadə etsinlər. Hansısa saytlarda Azərbaycana qarşı mənfi fikirlər gedirsə, biz onlara düzgün cavabı yazmalıyıq”.
Sonda isə TUMİB Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin gənc jurnalistlər arasında təşkil olunan - yazı, şeir və mahnı müsabiqələrinin qaliblərini mükafatlandırıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info