Bahar Muradova: “Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir”
Tarix: 05.05.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycan qarşı qaralama kampaniyası aparılır. Ölkəmizin inkişafını gözü götürməyən, erməni mənbələrindən maliyyələşən və erməni maraqlarına xidmət edən dairələr müxtəlif təşkilatlarda, tədbirlərdə birləşə və bizə qarşı cəbhə yaratmağa çalışa bilərlər”.
Bunu Milli Məclisin Sosial siyasət komitəsinin Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə keçirilən “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda iclasda Milli Məclis sədrinin müavini Bahar Muradovadeyib.
B. Muradova bildirib ki, bu cəhdlər nəticə verməyəcək: “Ölkə başçısı İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə ikitərəfli münasibətlərində problem yoxdur. Ona görə də Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir. Çünki Azərbaycanın çox güclü müqavimət gücü var. Bu gücün içərisində Azərbaycan gəncliyi xüsusi yer tutur. Biz bu gücü çox yüksək qiymətləndiririk”.
B. Muradova qeyd edib ki, Azərbaycanın gənclər siyasəti barədə çox mükəmməl qanunvericiliyi var: “Bu gün sizdən tələb olunan Azərbaycanın ümumi inkişaf tendensiyalarına uyğun gəlməyən zərərli vərdişlərdən kənar olmaq, onlara qarşı vahid güc kimi çıxış etməkdir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info