Maykl Peyn: “Dünyada dostlar qazanmaq lazımdır”
Tarix: 05.05.2015 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


“Dünyanın əksər xalqları və dövlətləri öz ərazisində Amerikanı görmək istəmir”

“Amerikanın “dünya polisi” funksiyası yerinə yetirməsi Avropada çoxlarının xoşuna gəlmir. ABŞ-ın digər dövlətlərin ərazisində keçirdiyi hər hərbi əməliyyatdan sonra Amerikanın dünya düzənindəki təsir gücü azalır”


“Dünya dövlətləri prokuror, dünya polisi, dünya hakimi funksiyasını üzərinə götürən Vaşinqtondan beziblər. Qanlı hərbi kampaniyalardan cana doyan dövlətlər Vaşinqtonun təsirindən qurtulmağa çalışırlar”. Bu fikirlər “Nation of Change” internet-portalında yayılan məqalədə yer alıb. Amerikalı ekspert Maykl Peyn qeyd edir ki, ABŞ-dan üz döndərən dövlətlərin sayı sürətlə artır. Onlar Birləşmiş Ştatların təsirindən qurtulmaq üçün müxtəlif yollara əl atırlar. Analitik yazır ki, Latın Amerikası ölkələrinin Vaşinqtonun siyasətinə qarşı etirazları sürətlə artır-onlar ərazilərində Amerika hərbi bazalarının yerləşməsini qadağan edir, tələb mübadiləsi proqramlarını ləğv edirlər. Amerikalı hərbçilərin yerləşməsinə qarşı çıxış edənlər arasında İtaliya, Cənubi Koreya kimi dövlətlərin də adları yer alır. Filippin, Ukrayna və Çexiyada insanlar ABŞ-ın bu ölkələrdəki səfirliyinin qarşısında etiraz aksiyaları keçirirlər: “ABŞ-ın Liviyadakı səfirliyi hələ də bağlıdır. Bir müddət öncə isə Yəməndəki diplomatik missiya fəaliyyətini dayandırıb. Dünyanın əksər xalqları və dövlətləri öz ərazisində Amerikanı görmək istəmir. Nəhəng hərbi güc olmasına baxmayaraq, ABŞ bunun qarşısında heç nə edə bilməz. Vaşinqtonun aqressiv siyasətindən narazı olanların sayı sürətlə artır. Bu, hələ aysberqin görünün hissəsidir. Suriyadan tutmuş İraq və Yəmənə qədər Yaxın Şərq yenə də qan gölünə çevrilib. Xarici qüvvələrin təsiri ilə çoxlu silahlı quplaşmalar formalaşdırılıb. Bu ölkələrdəki münaqişələrin Pakistan, Somali, Əfqanıstan və digər dövlətlərə yayılması an məsələsidir”. Müəllif yazır ki, Barak Obama Corc Buşun siyasi xətini davam etdirir. Belə ki, ABŞ üçün terrorçu təşkilatın olduğunu güman etdiyi ölkədə 18 yaşdan 54 yaşa qədər kişi cinsindən olanların hamısı potensial terrorçudur. Ekspert yazır ki, ABŞ-ın siyasətinə qarşı etirazlar Yaxın Şərqlə məhdudlaşmır: “On illərdir NATO üzvü olan Avropa ölkələrində də Vaşinqtonun aqressiv hərbi siyasətinə qarşı narazılıq dalğası baş qaldırıb. Amerikanın “dünya polisi” funksiyası yerinə yetirməsi Avropada çoxlarının xoşuna gəlmir. ABŞ-ın digər dövlətlərin ərazisində keçirdiyi hər hərbi əməliyyatdan sonra Amerikanın dünya düzənindəki təsir gücü azalır. ABŞ bütün dünyanı özünə qarşı qaldırıb. Dünya hegemonu ilə qalan dövlətlər arasında fərq BRİKS kimi alternativ iqtisadi və siyasi güc mərkəzinin meydana çıxmasında da özünü göstərir. Məşhur amerikalı psixoloq Deyl Karneginin “Dostları necə qazanmalı və insanlara necə təsir etməli” adlı kitabı çapdan çıxıb. Görünür, Amerika rəhbərləri həmin kitabı oxumayıb. Vaşinqton dünyada özünə dost qazanmaqdansa, düşmənlərinin sayını artırır”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info