Şuranın dəstəyi ilə Almaniyada ASAN xidmət mərkəzlərinin təqdimatı keçirilib
Tarix: 05.05.2015 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


3-7 may 2015–ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Almaniyanın “Qafqaz və Xəzər Regionunun Araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun və ölkəmizin Almaniyadakı səfirliyin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdədir.
Nümayəndə heyətinin üzvləri mayın 4-də Bundestaqının deputatları, AŞPA-da Almaniya nümayəndə heyətinin rəhbəri cənab Aksel Fişer və parlamentin Xarici Siyasət komitəsinin üzvü Yurgen Klimke ilə görüş keçirib.
Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Xidmət mərkəzlərinin fəaliyyəti barədə danışıb və qeyd edib ki, 10 dövlət orqanının göstərdiyi xidməti özündə birləşdirən qurum vətəndaşlara effektiv və şəffaf şəkildə xidməti həyata keçirən unikal bir modeldir. Xidmətlərin göstərilməsində innovativ yeniliklər uğurla tətbiq olunur. Misal üçün, vətəndaş mobil telefon vasitəsi ilə 15 dəqiqə ərzində şirkət açmaq imkanına malikdir. Azərbaycanın bölgələrində yaşayan vətəndaşlara xidmət göstərilməsi üçün də mobil ASAN sistemi mövcuddur. İnam Kərimov vurğulayıb ki, məhz Dövlət Agentliyinin təşəbbüsü ilə bir çox ölkələrdə elektron hökumət sahəsində fəaliyyət göstərən dövlət strukturlarının iştirakı ilə konfrans təşkil olunub və dünyada ilk dəfə olaraq bu cür qurumların beynəlxalq şəbəkəsi yaradılıb. Dövlət Agentliyinin sədri qeyd edib ki, Azərbaycana rəsmi səfəri zamanı Avropa Şurasının baş katibi cənab Tornbyon Yaqland ASAN Xidmət mərkəzlərinin fəalliyyəti ilə şəxsən tanış olaraq bu təcrübənin Avropa Şurasının digər ölkələrində də tətbiq olunmasının faydalı olacağını bildirib.
Şuranın beynəlxalq əlaqələr departamentinin rəhbəri Mustafa Qurbanlı təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Mustafa Qurbanlının dövlət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan Şuranın QHT-lərə müxtəlif istiqamətlər üzrə hərtərəfli dəstək verdiyini qeyd edib. M. Qurbanlı Şuranın xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində bir çox Almaniya təşkilatı ilə də yaxından əməkdaşlıq etdiklərini deyib. Şuranın 2013-cü ildən xarici QHT-lərin layihələrinə maliyyə dəstəyi verməsi Azərbaycanın artıq inkişaf edərək donor ölkəyə çevrildiyinin göstəricisidir.
Yurgen Klimke Almaniyanın bir neçə şəhərində, o cümlədən Hamburqda ASAN Xidmət Mərkəzinə oxşar qurumlar yaradılsa da, onların fəaliyyətinin çox dar çərçivəni əhatə etdiyini qeyd edib. Bundestaq üzvü ASAN Xidmət Mərkəzlərinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib və Şuranın, eyni zamanda Dövlət Agentliyinin təcrübəsinin Almaniyada öyrənilməsinin faydalı olacağına əminliyini ifadə edib.
Cənab Aksel Fişer Şuranın ölkənin vətəndaş cəmiyyətinin inkişafında oynadığı rolu yüksək dəyərləndirib. A. Fişer ASAN Xidmət mərkəzlərinin fəaliyyətinin hansı yolla qiymətləndirildiyi, habelə xidmətlərin göstərilməsi zamanı vətəndaşlara məxsus şəxsi məlumatlara çıxış məsələsinin necə tənzimləndiyi ilə maraqlanıb. İnam Kərimov qeyd edib ki, ASAN Xidmət mərkəzlərindən istifadə edən hər bir şəxsin göstərilən xidmətə münasibətini öyrənmək məqsədi ilə sorğu keçirilir. Nəticələr göstərir ki, vətəndaşların 98% ASAN Xidmət mərkəzlərinin fəaliyyətindən razıdır. ASAN Xidmət mərkəzlərinin fəaliyyəti vətəndaşlara xidmətin sadələşdirilməsidir və burada şəxsi məlumatlara müdaxilə olunmur.
Azərbaycan nümayəndə heyəti ilə Almaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə bölməsinin rəhbər müavini cənab Andreas Fon Brand və Almaniya Daxili İşlər Nazirliyinin elektron hökumət bölməsinin rəhbəri xanım Tanya Layer arasında da görüş keçirilib. Qarşılıqlı anlaşma şəraitində keçən müzakirələrdə iştirakçılar ASAN Xidmət Mərkəzlərinin fəaliyyəti, Şuranın Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçiridiyi işlərə dair fikir mübadiləsi aparıblar. İnam Kərimov Almaniyalı rəsmilərin ASAN Xidmət Mərkəzləri ilə bağlı suallarını cavablandırıb. Diskussiya zamanı Azərbaycan və Almaniyanın dövlət qurumları arasında ikitərəfli inkişafın bundan sonra da uğurla davam etdiriləcəyinə inam ifadə edilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info