Ə.Abbasov: “I Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin olunması vacibdir”
Tarix: 05.05.2015 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi son illər ardıcıllıqla inkişaf edir. Bu inkişafda mobil rabitə sektorunun xüsusi rolu var. Bunu rabitə və yüksək texnologiyalar nazir Əli Abbasov ölkəmizdə səfərdə olan “TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyim. Nazirlikdən bildiriblər ki, nazir İnformasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda mobil infrastrukturun modernləşdirilməsinin də əsas məsələlərdən olduğunu qeyd edib, bu baxımdan texniki məsələlər, eləcə də şirkətlə perspektiv əməkdaşlıq istiqamətlərindən söz açıb. Johan Dennelind qarşılıqlı, faydalı əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Görüşdə, həmçinin, “TeliaSonera” şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o cümlədən “Bakı 2015” I Avropa Oyunları zamanı oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsində şirkətin yaxından iştirak etdiyi qeyd olunub. Eyni zamanda şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə qaldırılması üçün göstərilən səy və perspektiv planlara toxunulub, LTE texnologiyalarının inkişaf etdirilməsi, müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi, “Bakı-2015” I Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin olunmasının vacibliyi vurğulanıb və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info