Avropa Oyunları Əməliyyat Komitəsində nəqliyyat məsələlərinə həsr olunan konfrans
Tarix: 05.05.2015 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Mayın 5-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində nəqliyyat məsələlərinə həsr olunan konfrans keçirilib.
BEGOC-un, aidiyyəti dövlət və hökumət qurumlarının, tərəfdaş şirkətlərin təmsilçilərinin iştirak etdikləri konfransda Oyunların nəqliyyat siyasəti, əsas marşrut şəbəkəsi, hərəkət zolaqları, yarış obyektlərinə giriş, sakinlər üçün parklama icazə vərəqələri, sürücülərin təlim, eləcə də nəqliyyat kommunikasiya proqramı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.
Bakının ilk Avropa Oyunlarının keçirilməsi üçün artıq tam hazır olduğunu bildirən BEGOC-un nəqliyyat departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli deyib ki, paytaxtın nəqliyyat sistemi də “Bakı-2015” üçün tam hazır vəziyyətə gətirilib. İlk Avropa Oyunları üçün xüsusi marşrut şəbəkəsinin hazırlandığını vurğulayan Vüsal Rəcəbli mötəbər yarışın açılış mərasimi üçün də ayrıca planın tərtib olunduğunu və onun üzərində tərəfdaş qurumlarla birgə iş aparıldığını diqqətə çatdırıb. BEGOC rəsmisi deyib: “Çalışırıq ki, Oyunlar zamanı şəhərdə heç bir küçə bağlanmasın. Xüsusi zolaq müəyyən olunub ki, onunla yalnız Oyunlara məxsus nəqliyyat vasitələri hərəkət edəcək. Yalnız açılış mərasimi günündə - iyunun 12-də Heydər Əliyev prospektinin bir qismi saat 14:00-dan gecə 02:00-dək bağlanacaq. Həmin vaxt vətəndaşlar alternativ yollardan – Babək, Nobel və Ziya Bünyadov prospektlərindən istifadə edə bilərlər. Nəqliyyat vasitələri xüsusi zolaq vasitəsilə Atletlər kəndindən Avropa Oyunları parkına, Bayraq Meydanına və əks istiqamətdə hərəkət edəcək. Mayın axırından etibarən həmin zolaqdan xüsusi buraxılışı olmayan nəqliyyat vasitələrinin istifadəsi məhdudlaşdırılacaq”.
BEGOC rəsmisi vurğulayıb ki, Oyunlar zamanı rahatlığın təmin edilməsi məqsədilə xüsusi “ekspres” avtobuslar təşkil olunub. Həmin avtobuslar müxtəlif dayanacaqlardan və Bakı metrosunun stansiyalarından əhalinin idman obyektlərinə gedişini təmin edəcək. Əsas məqsəd vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirməkdir. Çünki idman obyektlərinin ətrafına şəxsi avtomobillərin buraxılışına icazə verilməyəcək. Həmin əraziyə daxil olmaq və park etmək üçün xüsusi icazəsi vərəqəsi tələb ediləcək.
Avropa Oyunları zamanı əhalini şəxsi avtomobillərdən az istifadə etməyə çağıran Vüsal Rəcəbli açılış və bağlanış mərasimlərində 6, yarışlar zamanı isə 12 məntəqədən “ekspres” avtobusların fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. O, Oyunlar vaxtı 250 iritutumlu, 80 kiçik avtobusun, 500 taksi, eləcə də rəsmi tərəfdaş olan Naxçıvan Avtomobil Zavodunun 350-yə yaxın “Lifan” avtomobilinin xüsusi zolaqlarla hərəkət edəcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib
17.12.2018
Səyyar “ASAN xidmət” davam edir
15.12.2018
Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
14.12.2018
Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində struktur islahatı aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info