Məşəl Neftçaladan sonra Şirvan şəhərinə gətirilib
Tarix: 05.05.2015 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Neftçala rayonundan sonra Şirvan şəhərinə gətirilib.
Bakıdakı Atəşgahda alovlandırılan məşəl Şirvan şəhərinin giriş qapısında yerləşən bayraq meydanında qarşılanıb.
Şirvanda məşəl estafeti saat 14:20-da start götürüb. Məşəli qəbul edən Şirvan şəhər Mədəniyyət İdarəsinin rəqs dərnəyinin müəllimi Cavid Ziyadi 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 3800 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanına çatdırıblar. Burada Şirvan şəhər 12 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aydın Əliyev məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb.
Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Daha sonra Şirvan şəhər sakini, karate üzrə dünya çempionu Fərid Abbasov Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.
Yarışın rəmzi Şirvandan Hacıqabul rayonuna yola salınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info