“ATƏT-in Minsk Qrupunun fəaliyyəti İranı qətiyyən qane etmir”
Tarix: 05.05.2015 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Möhsün Pak Ayin: “İran sərhədləri yaxınlığında baş verən qeyri-sabitliyə görə narahatdır”

Rəsmi Tehran qondarma “Dağlıq QarabağRespublikasında” keçirilən “parlament seçkilərini” tanımır.
Bu barədə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayin bildirib.
“Dağlıq Qarabağ Respublikası adında ölkə yoxdur və İran İslam Respublikası belə “ölkə” tanımır. Təbii ki, orada keçirilən “seçkiləri” də qəbul etmirik”, - deyə diplomat qeyd edib.
Səfir bildirib ki, İran tərəfi hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyib.
“Arzularımızdan biri də o olub ki, BMT-nin qəbul etdiyi dörd qətnamə icra olunsun. Bu münaqişə beynəlxalq hüquq müstəvisində və çərçivəsində həllini tapmalıdır”, - deyə M. Pak Ayin qeyd edib.
Diplomat əlavə edib ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır.
“ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olarmı” sualına səfir bu cür cavab verib: “ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində daha məsuliyyətli addımlar atmalıdır. Regionda baş verən hadisələr, xüsusilə Ukrayna hadisələri bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan dövlətlər mövzudan yayınıb. İran sərhədləri yaxınlığında baş verən qeyri-sabitliyə görə narahatdır. Dağlıq Qarabağ münaqişəsinin həlli nəinki Azərbaycanın, eyni zamanda İranın da inkişafını sürətləndirər. ATƏT-in Minsk Qrupunun fəaliyyəti İranı qətiyyən qane etmir. Bu məsələdə biz nikbin deyilik. Xüsusilə regiondan kənar olan ölkələrin münaqişəyə ikili standartlarla yanaşması qəbul edilən deyil. Həmsədr ölkələrin hər üçü BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bəs nə üçün onlar özlərinin qəbul etdiyi qətnamələrin icrasına nail ola bilmir? Həmsədrin hansı ölkə olduğu o qədər də önəmli deyil. Əsas odur ki, həmsədr ölkələr öz vəzifələrini məsuliyyətli yerinə yetirsin. Problem ondan ibarətdir ki, həmin ölkələr işini görmək istəmir”.
“Qərb Ukrayna münaqişəsinə verdiyi reaksiyanı niyə artıq iki onillikdir, davam edən Dağlıq Qarabağ münaqişəsinə münasibətdə göstərmir” sualına cavabında səfir deyib ki, Ukrayna Avropanın “enerji yoludur”.
“Məhz buna görə Ukrayna münaqişəsinə bu cür reaksiya verildi. Mənə belə gəlir ki, aidiyyəti ölkələr Ukrayna hadisələrinə daha çox diqqət ayırdı”, - deyə diplomat vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Tural Gəncəliyev Avropa İttifaqı təmsilçilərilə görüşüb
24.01.2019
Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info