“Bakı-2015” müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”
Tarix: 05.05.2015 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev “Xalq qəzeti”ndə Avropa Oyunlarından yazıb. O deyib: “Birinci Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq. Artıq 38 gün sonra Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək. Birinci Avropa Oyunları Azərbaycanda şəkildə baş tutacaq. Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, əslində, böyük tarixi hadisədir. Çünki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra belə böyük idman tədbirinə ev sahibliyi etməsini heç kim görməyib. Bilirsiniz ki, Avropa Olimpiya Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq. Əvvəlcə özümüzə sula verməliyik ki, niyə məhz bizim ölkədə bu keçirilir? Bunun bir sıra səbəbləri var. Niyə düşmən ölkə olan Ermənistan bu tipli beynəlxalq səviyyəli tədbirlərdən, yarışlardan kənarda qalmışdır. Əlbəttə, bunu düşünmək lazımdır. Bu gün ölkəmizin iqtisadi inkişafı, siyasi nüfuzunun genişlənməsi, idman uğurlarının artması Azərbaycana etimadı gücləndirib. Bizim xalqın tolerantlığı, alicənablığı dövlət siyasətimizdə də əksini tapmışdır. Bu baxımdan ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsi əslində heç kimi təəccübləndirməməlidir. Çünki, biz bu münasibətə, hörmətə layiq olduğumuzu hər zaman sübut etmişik. Düşmən Ermənistan isə öz radikal, işğalçı, təcavüzkar siyasəti ilə özünü təcrid etmişdir. Bu oyunlar həm də Azərbaycanın öz milli adət və ənənələrini, tarixi həqiqətlərini gələn qonaqlara çatdırmağımız üçün gözəl imkandır. Biz bu imkanı maksimum dəyərləndirməliyik. Hər bir gənc bu məsələdə aktiv olmalıdır. Qoy hər bir avropalı görsün ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil. Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. Bir vacib məqamı qeyd etmək istəyirəm. Avropa Olimpiya Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığa nəzər salsanız görərsiniz ki, Azərbaycandan fərqli olaraq bəzi dövlətlər belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərilərinə götürməyə risk etmirlər. Bu, açıq-aşkar ölkəmizin güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək. Bu oyunlar nəinki idman, həm də müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Koronavirus tətilləri
07.04.2020
Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb
07.04.2020
Çinin Cek Ma və Alibaba fondları Azərbaycana tibbi humanitar yardım göndərib
07.04.2020
Diaspor rəhbərindən dünya azərbaycanlılarına birlik çağırışı
07.04.2020
Həmrəy olaq, koronavirusa birlikdə qalib gələk!

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info