“Birinci informasiya”: “Ermənistanda abituriyentlərin sayı kəskin azalır”
Tarix: 05.05.2015 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


“Ermənistanın özəl ali məktəbləri qarşıdakı imthanları təlaş və qorxu ilə gözləyirlər”

Bu il Ermənistanın özəl ali məktəbləri qarşıdakı imthanları təlaş və qorxu ilə gözləyirlər. Çünki hətta dövlət ali təhsl müəssisələrində də çatışmazlıqlar var.
O cümlədən, hazırda 11,803 abituriyent var ki, bu da ötən illə müqayisədə 600 nəfər azdır. Ötən il abituriyentlərin sayı 12,400 nəfər olub. Bu barədə “Birinci informasiya” ilə söhbətində Şimal Universitetinin rektoru Boris Makiçyan bildirib. O deyib ki, “dövlət və özəl təhsil müəssisələri bərabər əsaslarla fəaliyyət göstərirlər”.
Bu il abituriyentlərin sayının kəskin şəkildə aşağı düşəcəyi ilə bağlı məsələyə münasibətini bildirən rektor deyib: “Əlbəttə, belə bir təhlükə var. Amma bu istiqamətdə hansısa tədbir görmək mənasızdır. Çünki bizdən bu məsələdə heç nə asılı deyil. Ola bilər ki, yeni reallıq ortaya çıxsın, həm də ortaya çıxan Rusiya ali təhsil müəssisələri istədiklərini edirlər”.
O əlavə edib ki, heç bir tədbir görməmək niyyətindədir, çünki belə tədbirlər heç bir nəticə verməyəcək, özəl ali təhsil müəssisələri sistemi isə zaman-zaman sıradan çıxacaq.
Şimal Universitetinin bağlanacağı ehtimalına münasibətini bildirən Makiçyan qeyd edib ki, “onlar problemi xaricdən tələbə cəlb etmək yolu ilə aradan qaldırmağa çalışırlar”: “Biz artıq başqa ölkələrdən tələbə toplamaq üçün elan vermişik. İndi isə rusca və ingiliscə dərs deyəcək müəllimlər hazırlayırıq”. Onun sözlərinə görə, Ermənistanda xarici ali təhsil müəssisələrinin sayı 14-15-ə çatır: “Bu il isə Ermənistanda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açıalcaq ki, bu da rəqabəti daha da artırmış olacaq.
Ola bilsin, bu doğrudur ki, bizim gənclərimiz xarici ali təhsil müəssisələrində təhsil alacaqlar, amma bu məsələ ciddi şəkildə həllini tapmalıdır”.
Boris Makiçyan onu da qeyd edib ki, hələ qəbul barədə elan verməyiblər: “Situasiya qeyri-müəyyəndir. Hələ gözləmək lazımdır ki, nə olacaq. Mayda burada müxtəlif ölkələrin nazirləri səviyyəsində forum olacaq, ondan sonra hər şey aydın olacaq”.
İlkin





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info