“Barselona” - “Bavariya” matçının hakimi açıqlandı
Tarix: 06.05.2015 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bu gün keçiriləcək “Barselona” - “Bavariya” matçının hakimlər briqadası açıqlanıb.
Komandaların ilk dueli italiyalı Nikola Ritsoliyə tapşırılıb. Ona həmyerliləri Elenito di Liberatore və Mauro Tonolini köməklik edəcək. Canluka Kariolato dördüncü hakim funksiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Luka Banti və Antonio Damato olacaqlar.
Qeyd edək ki, azarkeşlərin çoxunun finalda görmək istədiyi “Barselona” - “Bavariya” duelinə yarımfinalda şahidlik edəcəyik. Tarixi ərzində 4 dəfə ÇL-in qalibi olan “Barselona” sonuncu dəfə bu sevinci 2011-ci ildə yaşayıb. “Bavariya” isə bu vaxta qədər 5 dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb ki, sonuncu nailiyyət 2012/13 mövsümünə təsadüf edir. Oyunun marağını bir qədər də artıran məqam “Bavariya”nı vaxtilə “Barselona”da işləmiş və möhtəşəm işlər görmüş Xosep Qvardiolanın çalışdırmasıdı. Onun rəhbərliyi altında Münhen təmsilçisi Almaniya Bundesliqasında çempionluğu vaxtından əvvəl rəsmiləşdirib. La Liqada birinci pillədə qərarlaşmış “Barselona” isə sona 3 tur qalmış ən yaxın izləyicisi olan “Real”ı 2 xal qabaqlayır. “Bavariya”nın heyətində zədəli futbolçuların bolluğu “Barsa”nın finala adlamaq şansını artırır. Komandanın əsas heyət üzvləri David Alaba və Aryen Robben bu görüşdə meydana çıxa bilməyəcəklər. Bundan əlavə, zədəlilər Xuan Bernat, Frank Riberinin və Robert Levandovskinin də oyunda iştirakı sual altındadır. “Barselona”nın əlinə revanş üçün yaxşı imkan düşüb. Xatırladaq ki, 2012-13 mövsümünün yarımfinal mərhələsində “Bavariya” 4:0 və 3:0 hesablı qələbələrlə “Barsa”nın finala yolunu kəsmişdi.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info