Fransalı Olimpiya çempionu Avropa Oyunlarında qalib gəlmək əzmindədir
Tarix: 06.05.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Fransalı cüdoçu, Olimpiya çempionu Teddi Riner Birinci Avropa Oyunlarında qalib gəlmək əzmindədir. Fransanın dənizətrafı Kuadelup departamentində 1989-cu il aprelin 7-də doğulan Teddi Riner kiçik yaşlarından cüdo ilə məşğul olmağa başlayıb.
Ailəsi ilə birlikdə Parisə köçən gənc idmançı bir çox komandanın heyətində uğurlu çıxışları ilə məşqçilərin diqqətini cəlb edib və cüdo üzrə yığma komandaya qəbul olunub. O, 2005-ci ildə Fransada gənclər arasında cüdo çempionatında birinci yeri tutub. Cüdo üzrə Fransa yığmasının heyətində yarışlarda iştirak edən Teddi Riner 2007-ci ildə - 18 yaşında olarkən ilk dəfə həm Avropa, həm də dünya çempionu titullarını qazanıb. Ölkənin kişi cüdoçulardan ibarət yığma komandasının ən parlaq idmançısı hesab edilən Teddi Riner Avropa və dünya çempionatlarının əksəriyyətini qələbə ilə başa vuraraq qalib adına layiq görülüb. Yarışlarda 100 kiloqram çəki dərəcəsində çıxış edən gənc cüdoçu dünya çempionatlarında 7 qızıl, 2008-ci il Pekin Olimpiadasında gümüş, Avropa birinciliklərində isə 4 qızıl medala sahib olub. Teddi Rinerin ən böyük uğuru isə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında çempion olmasıdır. Fransalı idmançı bu mötəbər yarışda polşalı və tunisli rəqiblərinə qalib gələrək dörddəbir finalda kubalı Oskar Braysonu məğlub edib. O, yarımfinalda koreyalı həmkarı Kim Sunqminə böyük üstünlüklə qalib gəlib və finalda isə rusiyalı cüdo ustası Aleksandr Mixaylini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Ötən il Çelyabinskdə keçirilən Dünya Çempionatı da Teddi üçün uğurlu olub və o, turniri qızıl medalla başa vurub. Hazırda cüdo ustası kimi tanınan Teddi Riner ilk Avropa Oyunlarında da qələbə qazanacağına inanır. Fransa Milli Olimpiya Komitəsi uğurlu çıxışları ilə dəfələrlə komandasına qələbə qazandıran Teddi Rinerin iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında da qalib gələcəyinə böyük ümid bəsləyir.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
15.02.2019
“Arsenal“ BATE ilə bacarmadı
14.02.2019
“Real Madrid” səfərdə, Tottenhem” isə doğma meydanda qələbə qazanıb
12.02.2019
Yurçeviç: Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun böyük xidmətləri var
12.02.2019
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info