“Sanksiyalar İtaliya iqtisadiyyatına böyük zərbə vurub”
Tarix: 06.05.2015 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Frans Vize: “Merkelin Rusiyaya
qarşı boykot siyasəti Brandenburqla yanaşı ölkənin bir çox əyalətlərində kiçik və orta sahibkarlığı məhv olmaq dərəcəsinə çatdırıb”

İtaliyanın baş naziri Matteo Renzi Avropa Birliyi ilə Rusiya arasında bir zamanlar yaşanmış “soyuq müharibə” münasibətlərinin yenidən təkrarlanması ehtimalını inkar edib: “İlk əvvəl Rusiya Ukraynaya, onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.
Digər tərəfdən, Avropa da əsas qonşusu ilə münasibətlərdə “söyuq müharibə” dövründə olduğu qarşudurmaya getməməlidir”. Baş nazir bu sözləri Milanın Fond Birjasında iş adamları ilə görüşü zamanı deyib. Renzi etiraf edib ki, Rusiyaya tətbiq edilən sanksiyalar İtaliya iqtisadiyyatına böyük zərbə vurub: “Bizim Rusiya ilə təxminən 25 milyard dollar həcmində əmtəə dövriyyəmiz var idi. Biz Rusiyadan 16 milyard dollarlıq mal alıb, 9 milyard dollarlıq ixrac həyata keçirirdik. Lakin bu ölkəyə qarşı tətbiq edilən qadağalar bizim ticarət dövriyyəmizin ən əhəmiyyətli hissəsinə böyük təsir edib, ölkəmizdəki bəzi sənaye rayonlarını çətin vəziyyətə salıb. Müqayisə üçün bildirim ki, bu vəziyyət ayaqqabı istehsalına ciddi şəkildə təsir edib”. Matteo Renzi hesab edir ki, Avropa Birliyi Rusiya ilə münasibətlərdə yaranmış problemləri barədə, ilk növbədə sanksiyalar, orta və uzun müddət üçün nəzərdə tutulan strateji əlaqələrin inkişaf etdirilməsi barədə yenidən düşünməlidir. Baş nazir İtaliyanın bu məsələdə “strateji rol” oynaya biləcəyini də dilə gətirib: “Tətbiq edilmiş qadağalardan asılı olmayaraq bizim əsas müzakirə obyektimiz “hansı Avropanı qurmaq istəyimiz”lə bağlı olmalıdır və ya biz Rusiya ilə münasibətləri hansı strateji plan üzərində qurmaq niyyətindəyik?”. Qeyd edək ki, Rusiyaya tətbiq edilmiş qadağalar Almaniya dövlətinə də təsirsiz ötüşməyib. Belə ki, kansler Merkelin siyasətinə qarşı çıxış edən brandenburqlu millət vəkili, “Almaniya üçün alternativ” partiyasının üzvü Frans Vize bəyan edib ki, Rusiya ilə münasibətlərdəki uğursuzluq ölkəni 90 faizə qədər iflasa gətirib çıxa bilər. O, bildirib ki, Rusiyaya qarşı sanksiyalar siyasəti Almaniyada kiçik və orta sahibkarlığın məhvinə gətirib çıxarıb. Millət vəkili bunları “Sompakt” jurnalına verdiyi müsahibəsində bildirib: “Səlahiyyətli Avropa Birliyinin və kansler Merkelin Rusiyaya qarşı boykot siyasəti Brandenburqla yanaşı ölkənin bir çox əyalətlərində orta sinif sahibkarlığını məhv olmaq dərəcəsinə çatdırıb. Bildiyimə görə, Merkelin Rusiyaya qarşı siyasəti artıq ölkədə 90 faizlik iflasa gətirib çıxarıb. Meyvə istehsalında ixtisaslaşmış kəndlilər boykot siyasətinə görə öz meyvə bağlarındakı ağacları kəsmək məcburiyyətində qalıblar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info