Gürcüstan hökumətindən Ermənistana kəskin etiraz
Tarix: 06.05.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyan Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfir xarici işlər nazirinin müavini Gigi Giqiadze ilə görüşüb. Görüş zamanı Gürcüstan tərəfi Ermənistan parlamentinin sədri Qalust Saakyanın Gürcüstanın işğal olunmuş Sxinvali bölgəsinin (Cənubi Osetiya) “parlament sədri” Anatoli Bibilovla görüşməsi faktından ciddi narahatlığını ifadə edib. Belə ki, Q. Saakyan və A. Bibilov Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağda görüş keçiriblər və “ikitərəfli əməkdaşlığın inkişafına dair aktual məsələləri” müzakirə ediblər. G. Giqiadze bildirib ki, bu fakt Gürcüstanla Ermənistan arasında ənənəvi dostluğa və ikitərəfli münasibətlərə ziyan vurur. Nazir müavini görüşün qeyri-formal xarakter daşıdığı barədə yayılan xəbərdən də təəccübləndiyini söyləyərək qeyd edib ki, gürcü tərəfi üçün dost ölkənin işğalçı rejimin nümayəndələri ilə istənilən xarakterli kommunikasiyası tamamilə qəbuledilməzdir. Ermənistan səfiri baş verənlərdən təəssüflənərək Gürcüstan tərəfinin mövqeyini ləngimədən Ermənistan rəhbərliyinə çatdıracağını vurğulayıb. Hadisə ilə əlaqədar Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Ermənistanın baş naziri Ovik Abramyan arasında telefon danışığı da olub. O. Abramyan A. Bibilovun qeyri-iş günü Dağlıq Qarabağa şəxsi səfər etdiyini və Q. Saakyanla şəxsi görüş keçirdiyini iddia edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info