Kabil və “Taliban” nümayəndələri arasında görüş olub
Tarix: 06.05.2015 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Kabil və “Taliban” nümayəndələrinin Qətərin paytaxtı Doha şəhərində baş tutan görüşü rəsmi danışıqların aparılmasının mümkünlüyünə və Əfqanıstanda sülhə ümid yaradıb.
“The Wall Street Journal” qəzeti xəbər verir ki, diplomatlar bağlı qapılar arxasında aparılan müzakirələri 13 il davam edən müharibədən sonra rəsmi danışıqların keçirilməsinə doğru atılan ilk addım kimi xarakterizə edirlər. Danışıqlarda iştirak edən hər iki tərəf növbəti görüşün artıq iyun ayında baş tuta biləcəyini deyib. Görüş iştirakçılarından birinin sözlərinə görə, “Taliban” nümayəndələri ölkənin idarə olunmasında müxtəlif insanların və siyasi qrupların iştirakına etiraz etmədiyini bildiriblər. Bununla belə, qəzet yazır ki, “Taliban” hərəkatı Qətərə rəsmi nümayəndə göndərməyən Əfqanıstan hökuməti ilə birbaşa danışıqlardan imtina edir. Qeyri-formal müzakirələr hərəkatın Əfqanıstanda sülhün yalnız bütün xarici qoşunların ölkədən çıxarılmasından sonra mümkün ola biləcəyi barədə mövqeyini yenidən açıqlamasından sonra da davam edib. ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Dohada keçirilən müzakirələrdə iştirak etmədiyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info