“Qərb ölkələri Bağdad, Dəməşq və Sanada dinc sakinlərin qətlinə yardım edirlər”
Tarix: 06.05.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


ABŞ və Avropa ölkələri tərəfindən Yaxın Şərqə silah satışının artırılması regionun sabitliyinə təhlükə yaradır.
“TASS”ın verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
“ABŞ və Avropa ölkələri Yaxın şərqə silah satışının artırılmasından fərəhlənməməlidir. Onlar bununla bölgədə təhlükəsizliklə bağlı vəziyyəti daha da gərginləşdirirlər, Yaxın Şərq ölkələri arasında ədavəti daha da dərinləşdirirlər”, deyə Ruhani qeyd edib.
“Nəticədə qərb ölkələri faktiki olaraq Bağdad, Dəməşq və Sanada dinc sakinlərin qətlinə, sivilizasiyaların məhv edilməsinə yardım etmiş olurlar. Onlar bunları hərbi-sənaye müəssisələrində mütəxəssisləri üçün yeni iş yerlərinin açılması məqsədi ilə edirlər”, deyə Həsən Ruhani vurğulayıb.
Qeyd edək İran prezidenti bu açıqlamanı ötən gün Fransa və Qətər arasında əmirliyə 6,3 mlrd dəyərində 24 “Rafale” çoxməqsədli qırıcı təyyarələrinin satılmasına dair sazişin imzalanmasına cavab olaraq verib. Müqavilə həmçinin Qətərə qanadlı raketlərin satışını, qətərli pilotların, aviasiya texniklərinin və kəşfiyyat zabitlərinin Fransada təlimini nəzərdə tutur.
Qeyd edək ki, 2014-cü ildə Səudiyyə Ərəbistanı silah və hərbi texnikanın alınmasına 80 mlrd dollar, BƏƏ isə 23 mlrd dollar həcmində vəsait xərcləyib. Silahların əksəriyyəti ABŞ-dan əldə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info