Amerikalı ekspert ABŞ-ı ciddi addımlar atmağa çağırdı
Tarix: 06.05.2015 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“Mən Amerika Birləşmiş Ştatlarını BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün ciddi addımlar atmağa çağırıram”.
Bu sözlər “Catholics for Choice” təşkilatının baş mütəxəssisi Qlen Nozernin (Glenn Northern) “The Hill” qəzetindəki məqaləsində yer alıb.
O, mayın 8-də Şuşanın işğalı günü olduğunu xatırladıb: “Bir vaxtlar Azərbaycanın klassik musiqi səhnəsi və Orta Şərqdə ilk operanın vətəni olan tarixi şəhər Şuşanın işğalı və dağıdılmasından 23 il keçir. Bu şəhər musiqiçiləri, bəstəkar və ifaçıları ilə tanınıb. İndi isə erməni işğalı və sistemli etnik təmizləməsinə məruz qalıb”.

Q. Nozern qeyd edib ki, 1992-ci ilədək Azərbaycanın ən məşhur şəhərlərindən olan Şuşanın əhalisinin 92 faizi azərbaycanlılar olub. Onun sözlərinə görə,Şuşanın işğalı Ermənistan ordusu tərəfindən Xocalı şəhərində 613 azərbaycanlıya qarşı törədilən qırğınlardan sonra baş verib. “Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) üzvü olaraq, 400 min Amerika azərbaycanlıları və 40 milyondan çox dünya azərbaycanlıları adından Amerika Birləşmiş Ştatlarını BMT TŞ-nin 4 qətnaməsinin və Baş Assambleyanın digər qətnamələrinin yerinə yetirilməsi üçün ciddi addımlar atılması istiqamətinə öz təsir gücünü istifadə etməyə çağırıram. Bu qətnamələr işğalçı erməni qüvvələrinin Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amerika azərbaycanlıları adından səlahiyyətli şəxsləri bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əllərindən gələni etməyə çağırıram”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info