“Azərbaycan ilk Avropa Oyunlarından çox böyük faydalar götürəcək”
Tarix: 06.05.2015 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


“Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə dünya ölkələri arasında dostluğa və tərəfdaşlığa mühüm töhfə verir”. Bu barədə “Trend”ə Yunanıstan Parlamentinin deputatı Evgenia Ouzounidou deyib.
Azərbaycanın I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını deyən yunanıstanlı deputat qeyd edib ki, bu cür tədbirlər həmişə bütün ölkələrə böyük faydalar gətirir:
“Təbii ki, bu Oyunlar eyni zamanda idmançılara özlərini sübut etmək üçün gözəl bir imkan yaradır”.
E.Ouzounidou vurğulayıb ki, I Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və iqtisadi inkişafına da yaxşı imkan yaradacaq:
“Məlum olduğu kimi bu Oyunlarda minlərlə idmançı iştirak edəcək və on minlərlə xarici vətəndaş yarışları izləmək üçün Azərbaycana gələcək. Eyni zamanda, yarışlar dünyanın hər tərəfində yayımlanacaq. Təbii ki, bütün bunlar Azərbaycanın dünyada daha yaxşı tanınmasına, ölkəyə gələcəkdə çoxlu sayda turistlərin gəlməsinə imkan yaradacaq. Yunanıstan da Olimpiya Oyunlarına ev sahibliyi edib. Bu təcrübədən deyə bilərəm ki, Azərbaycan ilk Avropa Oyunlarından çox böyük faydalar götürəcək”.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
“Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq“
17.08.2019
Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
16.08.2019
Dördgünlük iş həftəsi sentyabrın 1-dən qüvvəyə minməlidir
15.08.2019
İran ilə Azərbaycanın əlaqələri səmimi dostluğa və qardaşlığa əsaslanır
14.08.2019
Mnatsakanyanın ritorikası münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Həyata keçirilən sosial paketlər birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətlənib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info