“İnosmi.ru”: “Türkiyə diplomatları Moskvanı xəbərdar ediblər ki, Hitler hücuma hazırlaşır”
Tarix: 06.05.2015 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


İkinci Dünya müharibəsi ilə bağlı maraqlı sənədlər üzə çıxmaqdadır. Bu barədə “İnosmi.ru” yazır. Qeyd edilir: “Rusiya faşizm üzərində qələbənin 70 illiyini qeyd etməyə hazırlaşdığı bir vaxtda belə bir məsələ üzə çıxıb:Sən demə, Türkiyə diplomatları bir neçə dəfə Moskvanı xəbərdar ediblər ki, Adolf Hitler SSRİ-yə hücum etməyə hazırlaşır”. Qeyd edilir ki, bunu diplomatik sənədlərə istinad edən Hərbi-diplomatik analiz və qiymətləndirmə üzrə mərkəzin rəhbəri, tarixçi Vladimir Vinokurov yazır. İtalya, Yaponiya və Almaniya arasında “Üçlər paktı” imzalanandan sonra, Yaponiyadakı sovet diplomatı Smetaninin yanına onun türkiyəli həmkarı Ferit Tek gəlir. Vinokurovun fikrincə, bu görüşün səbəbi SSRİ-ni Hitlerin aqressiv planından xəbərdar etmək olub. Bundan başqa, 1940-cı ilin iyulunda Türkiyənin Macarıstandakı səfiri Ruşen Eşref Ünaydın Yaponiyadakı sovet diplomatı Şaronova alman ordularının macar ərazilərindən Rumıniyaya atılacağı barədə xəbərdarlıq edib. Bununla yanaşı, 1941-ci ilin yanvarında Türkiyənin Berlində müvəqqəti işlər vəkili Alkend SSRİ-nin Almaniyadakı nümayəndəsi Dekanozovu xəbərdar edib ki, Rumıniyanın SSRİ ilə çoxlu sayda nasist diviziyaları toplanıb.
İlkin






 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info