Yusuf əl-Karatavi: “Osmanlılar genosid törətməyiblər”
Tarix: 06.05.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


“Türkiyənin “genosid”in rədd edilməsi ilə bağlı siyasətini dəstəkləyirəm”

“Müsəlman qardaşlar” islam hərəkatının dini liderlərindən biri olan şeyx Yusuf əl-Karatavi qeyd edib ki, o, “1,5 milyon erməninin Osmanlılar tərəfindən öldürülməsi”məsələsini inkar edir və Türkiyənin “genosid”in rədd edilməsi ilə bağlı siyasətini dəstəkləyir. Bu barədə ermənilərin “1in.am” saytı yazır.
Əl-Karatavi 60 milyonluq izləyicisi olan dini telekanal proqramında belə bəyan edib: “Zaman-zaman bir sıra ölkələr Türkiyəyə qarşı çirkli təbliğat kampaniyası həyata keçirirlər ki, o, guya 1915-ci ildə törədilən genosidin günahını boynuna götürsün”. Karatavi həmçinin, qeyd edib ki, bu baş verənlər tarixi təhrif etmək cəhdləridir. Onun fikrincə, ümumiyyətlə, 1915-ci ildə ölənlərin sayı qəsdən şişirdilir: “Türkiyəni dəstəkləyənlər bu cür təxribatlara uymamalıdırlar”.
Qeyd edək ki, “Müsəlman qardaşlar”ın liderlərindən birinin bu obyektiv mövqeyi erməni KİV-ində hiddətə səbəb olub. Erməni KİV-inə görə, bu dəstəyin səbəbi birinci növbədə dini amildir: “Həmçinin Misirdə daxili siyasi çəkişmələrdə Ankara həmişə “Müsəlman qardaşlar”ın yanında olub. Ərdoğan isə “Müsəlman qardaşlar”a tez-tez öz dəstəyini ifadə edib”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır
10.11.2018
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info