ARTPİ-nin əməkdaşları Fransada
Tarix: 06.05.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) 6 nəfərdən ibarət nümayəndə heyəti 26-30 aprel 2015-ci il tarixlərində Fransa Respublikasında işguzar səfərdə olublar. Səfərin məqsədi Fransa Respublikasının təhsil sistemi ilə tanış olmaq, fərqli cəhətləri, müsbət tendensiyaları öyrənmək, qarşılıqlı tədqiqatların aparılması konturlarını müəyyənləşdirməkdən ibarət idi. 2013-cü ildən ARTPİ-yə direktor təyin olunan Q.N.Novruzovun təşəbbüsü ilə xarici əməkdaşlıqlarla bağlı geniş və çoxsahəli işlərə start verilmiş, o cümlədən inkişaf etmiş xarici ölkələrlə əlaqələr güclənmişdir. Beynəlxalq simpozium, seminar və konfransların təşkili intensiv xarakter almışdır. Bu mənada, Fransa Respublikasına olan səfər də həyata keçirilən silsilə tədbirlərin bir həlqəsi idi. ARTPİ-nin və Fransa Respublikasının Bakı ofisinin dəstəyi ilə həyata keçirilən səfərdə Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin müvafiq qurtumları ilə görüşlər oldu. Belə ki, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Xarici qonaqların qəbulu mərkəzinin koordinatoru, proqramlar və təqdimatlar üzrə məsul şəxs Frederik Marsel, Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqat Nazirliyinin Beynəlxalq və Avropa əlaqələri, əməkdaşlıq, Avropa ilə ikitərəfli məktəb əməkdaşlığı məsələləri üzrə məsul şəxs Pernel Benua, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Fransız dili departamentinin, ixtisasartırma üzrə məsul şəxsi Pol Pöti, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Qiymətləndirmə və sertifikatlaşdırma departamentinin müdir müavini, keyfiyyət və ekspertizaya məsul şəxs Sebastien Jorj, Təhsildə Əməkdaşlıq departamentinin məsul şəxsi Nikol Gesno və Proqramlar üzrə məsul şəxs Liza Bidanova, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) İnkişaf və ünsiyyət-kommunikasiya xidmətinin əməkdaşı Virjini Lamot,Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqatlar Nazirliyinin Proqramlar üzrə Ali Məsləhət şurasının baş katibi Veronik Fuqa, Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqat Nazirliyinin Milli təhsil üzrə baş müfəttişlik, Beynəlxalq və Avropa fəaliyyətləri üzrə koordinatoru Daniel Şarboniye, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin(CİEP) Təhsildə əməkdaşlıq departamentinin Proqramlar üzrə məsul şəxsi Liza Bidanova, Təhsil Nazirliyi, Ali Təhsil və Tədqiqat Nazirliyinin Performans və perspektivlərin qiymətləndirilməsi, Şagird nailiyyətlərinin qiymətləndirilməsi qurumunun rəhbəri Brüno Trosey və həmin şöbənin katibi Floranse Lefresne ilə geniş tərkibdə görüşlər olmuşdur. Bu görüşdə ARTPİ-ni Təhsilin idarə olunması və iqtisadiyyatı şöbəsinin müdiri Piralı Əliyev, Dərslik və dərs vəsaitlərinin metologiyası şöbəsinin müdiri Asif Hacıyev, institutun elmi məsləhətçisi Riza Xəlilov, Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri İlham Cavadov, aparıcı elmi işçi Gülbəniz Camalovadan ibarət nümayəndə heyəti təmsil edirdi. Görüş zamanı hər iki ölkənin təhsili ilə bağlı mövzular üzrə təqdimatlar, müzakirələr və sual-cavablar aparılmışdır. Qərbi Avropanın əsas şəhəri olan Parisin Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzində(CİEP) aparılan tədqiqatlarla tanışlıq institut əməkdaşları qarşısında yeni sahələr açdı. Sonda hər iki ölkə arasında təhsillə bağlı birgə fəaliyyətin və əməkdaşlığın daha sıx və davamlı olacağını vurğuladılar.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info