“Tour d’Azerbaïdjan-2015“də uğurlu start - 2 fəxri kürsü
Tarix: 06.05.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşü start götürüb. 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.
Nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın "Synergy Baku" komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ölkəmizin Elit yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızı rəngli "AZAL" köynəyini əldə edib.
Mərhələ qalibinə gəlincə, Sloveniyanın "Adria-Mobil" komandasının üzvü Marko Kump 3 saat, 36 dəqiqə, 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavi rəngli "Synergy" köynəyinə sahib olub. İtaliyanın "Androni Giocattoli" komandasının üzvü Françesko Kiki, həmçinin Azərbaycanın "Synergy Baku" və Elit yığma komandasının üzvü Maksim Averin isə liderdən cüzi fərqlə geri qalmaqla müvafiq olaraq 2-3-cü yerləri tutublar. Mərhələ qalibi olmuş Marku Kump ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR" köynəyini də ələ keçirib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun "Minsk" komandasının üzvü Vladimir Harakavik fərqlənməklə bənövşəyi rəngli "Ataholding" köynəyinə yiyələnib.
Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib. 3-cü olan Maksim Averini isə atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin təltif edib.
“Komanda yoldaşlarıma təşəkkür edirəm. Əvvəldən də planımız belə idi, mən və ya digər komanda yoldaşım dağ mərhələsinin qalibi olsun". Bu sözləri mərhələnin ən yaxşı dağ velosipedçisi, "Synergy Baku"nun üzvü Elçin Əsədov deyib. Onun sözlərinə görə, komandanın taktikasına əsasən, Maksim Averinin də ilk üçlüyə düşməsi əvvəlcədən planlaşdırılmışdı.
Mərhələni 3-cü pillədə bitirən Maksim Averin isə hisslərini bu cür bölüşüb: "Hədəfimizə çatdıq. Fəxri kürsüyə qalxıb mükafatçı olmağı bacardıq. Komanda yoldaşlarıma təşəkkür edirəm”.
İlk mərhələdən sonra "Synergy Baku" komanda hesabında 2-ci yerdədir. Sabah "Tour d’Azerbaïdjan-2015" veloyürüşün 2-ci mərhələsinin startı saat 10:30-da Veloparkdan veriləcək. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar. Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info