Ümummilli liderə həsr olunmuş elmi-praktik konfrans
Tarix: 06.05.2015 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbdə Naxçıvan Dövlət Universitetininin Fizika-riyaziyyat fakültəsinin həmin məktəbdə pedaqoji təcrübədə olan tələbələri tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatı və Fizika-riyaziyyat fakültəsi YAP gənclər birliyinın birgə təşkil etdikləri konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Əməkdar Müəllimi, YAP universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov açaraq fitri istedada, fenomenal zəkaya malik dahi şəxsiyyət Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı həyat yolu, nəsillərə örnək ola biləcək ictimai-siyasi fəaliyyəti barədə məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın bundan sonra da Heydər Əliyev ideyalarını yaşadacağını, bu ideyaların işığında inamla tərəqqi edəcəyini bildirib. Konfransda YAP Gənclər birliyinın fakültə sədri, riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Leyla Şirzadzadə “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu”, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin biologiya ixtisası üzrə III kurs tələbəsi Töhfə Əliyeva “Heydər Əliyev görkəmli siyasi xadim kimi” mövzusunda məruzələr ediblər. Məktəb şagirdlərinin ifasında ümummilli liderə həsr olunmuş şeirlər bədii qiraət olunub. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid konfransa yekun vuraraq vurğulayıb ki, ümummilli liderin anadan olmasının 92-ci ildönümünün ölkəmizdə, o cümlədən muxtar respublikada tənətənəli şəkildə qeyd olunması görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin, siyasi kursunun və azərbaycançılıq ideologiyasının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə müştərək tədbirlərin keçirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tövsiyə və tapşırığı ilə orta və ali məktəblər arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir, tədrisin keyfiyyətini yüksəltmək, təcrübə mübadiləsi aparılması baxımından əhəmiyyət kəsb edir. Qeyd olunub ki, dahi öndərin Azərbaycan xalqı qarşısındakı xidmətləri mislsizdir, unudulmazdır. Dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun təbliği istiqamətində Naxçıvan Dövlət Universitetində də əhəmiyyətli işlər görülur. Bu ali təhsil müəssisəsində fəaliyyət göstərən Heydər Əliyev Universitetində keçirilən məşğələlər, aparılan elmi-tədqiqat işləri, zəngin kitab və videoteka fondu mövcuddur. Seyid Surə təklif edib ki, Ali Məclisin Sədrinin universitet müəllimlərinin tam orta məktəblərdə nümunəvi dərslər keçmələri barədə tövsiyyə və tapşırıqlarına uyğun olaraq, Heydər Əliyevin dövlətçilik ideologiyasının gənc nəslə daha dərindən öyrətmək məqsədilə şagirdlərin Heydər Əliyev Universitetinə ziyarətləri təşkil olunsun, burada müxtəlif mövzularda dərslər keçilsin. Konfransda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş film və slayd nümayiş olunub.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb
17.06.2019
Bakını hətta Las Veqasdan üstün bir şəhərə bənzədənlər var
17.06.2019
Masallının Lürən kəndində tibb məntəqəsi istifadəyə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info