“Bakı-2015”: Məşəl estafeti Saatlıda
Tarix: 06.05.2015 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Mayın 6-da birinci Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib.
Saatlı şəhərinin giriş qapısında Hacıqabulda yandırılan Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Şəhərin Heydər Əliyev prospektində minlərlə rayon sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb.
Avropa Oyunlarının rəmzi qapısında Saatlı rayon Əhmədbəyli kənd tam orta məktəbinin şagirdi, futbolçu Mirqiyas Qiyasov məşəli qəbul etdi.
Sonra 10 məşəlçi 2,9 kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Ümummilli Liderin adını daşıyan meydana gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları böyük sevinclə qarşıladılar.
Əlisoltanlı kənd tam orta məktəbinin müəllimi Vüqar Namazov səhnəyə qalxaraq, Avropa Oyunlarının məşəlini alovlandırdı.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Birinci Avropa Oyunlarının çırağı sərbəst güləş üzrə Azərbaycan çempionu Namaz Cəfərov tərəfindən yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Estafet iştirakçılarını qarşılayanlar arasında rayon ağsaqqalı Seyidismayıl Abbasov da vardı. O, təəssüratlarını AZƏRTAC-la bölüşərək dedi: “Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ancaq xəyal kimi düşünülə bilərdi. Sevindirici haldır ki, Prezident İlham Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyəti nəticəsində bu xəyal reallığa çevrilib. Bir neçə həftədən sonra ölkəmizdə ilk Avropa Oyunlarına start veriləcək. Respublikamız bu mötəbər idman tədbirinə böyük həvəslə hazırlaşır. Bu işlərdə ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bütün bunlara görə dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.
Rayon sakini Sahib Qafarov isə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq dedi: “Təsəvvür edin ki, Oyunlar başlayan kimi hər gün yüzlərlə telekanal, minlərlə mətbuat nümayəndəsi, qəzet və jurnallar işini Bakı xəbərləri ilə başlayacaq. Beləliklə, onsuz da dünyada böyük nüfuz sahibi olan Azərbaycan beynəlxalq aləmdə daha çox təbliğ ediləcək və daha çox tanınacaq. Bu, böyük nailiyyətdir, daha doğrusu, Prezident İlham Əliyevin böyük qələbəsidir. Buna görə Prezidentimizə rayon gəncləri adından “Çox sağ olun!” deyirik”.
Birinci Avropa Oyunlarının məşəlindən götürülən alov buradan Sabirabad rayonuna yola salındı.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Gənclər üçün “Liderlik və komanda quruculuğu” mövzusunda təlimin ikinci mərhələsinə yekun vurulub
20.08.2019
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20.08.2019
Dəmiryolçular üçün treninqlər keçirilir
20.08.2019
Onlar yüksək balla Azərbaycan İlahiyyat İnstitutunu seçdilər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10866

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info