Tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlanıb
Tarix: 06.05.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Nazir: "Tələbənin təqaüd alıb-almaması təhsil prosesi, habelə onun hər ay göstərdiyi akademik nailiyyətlərdən asılı olacaq"

Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlayıb. Təhsil naziri Mikay;l Cabbarov bildirib ki, qəbul imtahanında yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində (bakalavriat səviyyəsində) qeyri-kafi qiymətlər almamaq şərti ilə təqaüd almaq imkanı qazanırlar: “Hazırda bir dəfə keçirilən bilik qiymətləndirilməsi nəticəsində tələbəyə 4 il ərzində dövlət tərəfindən təqaüd verirlir. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən amillər var. Təhsil prosesi də müəyyən mənada rəqabətli olmalıdır, bu, daha yüksək nəticələrə gətirib çıxarır”.
Təhsil naziri qeyd edib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə tələbə təqaüdü bir-birindən ayrılacaq: “Dövlət sifarişli yerlərdə təhsil alan tələbə təhsil haqqından azad olsa da, yeni mexanizmə uyğun olaraq, onun təqaüd alıb-almaması təhsil prosesi, habelə onun hər ay göstərdiyi akademik nailiyyətlərdən asılı olacaq. Bu, sadəcə, formal xarakter daşımır. Bir çox halda danışdığımız akademik mühitin saflaşdırılması üçün bunların edilməsi vacibdir. Bu sistem digər tərəfdən subyektiv amillərlə mübarizənin sistemli prinsiplərini tətbiq etməklə akademik biliklərin artırılmasına gətirib çıxaracaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info