Şuşa ilə bağlı Bakı bəyannaməsi qəbul olundu
Tarix: 06.05.2015 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının iştirakı ilə “Mədəni irsi qoruyaq-sülhlə gələcəyi təmin edək” adlı Bakı toplantısı keçirildi. Toplantını ADTGT sədri Asif Əsgərli açaraq beynəlxalq kampaniya haqqında danışdı. O bildirdi ki, Azərbaycanın əzəli torpağı olan Şuşa şəhərinin işğalına etiraz olaraq tədbir keçirilir. Onun sözlərinə görə, 19 ölkədən 30-dan çox QHT nümayəndələri iştirak edir.
Baş nazirin müavini Əli Həsənov bildirdi ki, bu ədalətsiz dünyada konfliktlər davam edir: “Bu gün dünyada 34 ölkəni əhatə edən 64 milyona yaxın qaçqın var. Dünyada bəzi ölkələr digər xalqlara demokratiya dərsi keçirlər, insan hüquqlarından danışırlar. Bəs, digər qırılan insanların hüquqları yoxdurmu? Azərbaycanın 1,2 milyon vətəndaşının hüququ yoxdurmu? Şuşa şəhərinin əsası Pənahəli xan tərəfindən qoyulub. Bu şəhər dünyaya rəssamlar, bəstəkarlar, xanəndələr və sair digər sahələrdə çox böyük töhfələr verib. Oranın suyu, torpağı da müqəddəsdir. Ermənilər oranı işğal etməklə elə bilirlər ki, onlarda da Üzeyir, Bülbül, Xan olacaq. Amma yanılırlar. Çünki bu, genetik məsələdir. Bu gün qaçqın düşərgələrində doğulan şuşalı uşaqlar çox qabiliyyətlidirlər. Şuşa mayın 8-də Pavel Kraçovun köməkliyi ilə 366 alayın və Köçəryan kimi ermənilərin iştirakı ilə işğal edilib. Sonradan Laçın işğal edildi və beləcə, digər rayonlar işğal edildi. Baxmayaraq ki, BMT və digər beynəlxalq qurumlar qətnamə qəbul edib. Bu yaxınlarda BMT baş katibi Pan Gi Munla görüşüm zamanı BMT-nin qəbul etdiyi qətnamələri nə üçün icra etmədiyini soruşdum. Lakin o, çiyinlərini çəkərək cavab vermədi”.
Ə.Həsənov dedi ki, Azərbaycan sərhədlərini dünyaya açıb, tolerantlıq ən yüksək səviyyədədir: “Sual olunur, bəs, onda bizə niyə bu münasibət var. İslam ölkəsiyik, ona görəmi? Bu problem bəzi dövlətlərin strateji maraqları, bəzilərinin enerji maraqları və s. baxımdan həllinin tapmamış qalır. Bəs, ermənilər bu torpağı işğal edərək nə əldə etdi? Aclıq, səfalət. Demək olar ki, orada erməni qalmayıb. Azərbaycan strateji müttəfiqləri ilə həyata keçirdiyi beynəlxalq layihələrdən ermənilər kənarda qalıb. Bu gün Ermənistan 4 tərəfdən idarə olunur. Mən ermənilərə deyirəm, sizi uçuruma sürükləyən Sərkisiyan hakmiyyətindən qurtulun!”.
“Şuşaya azadlıq” beynəlxalq kampaniyasının təşəbbüskarı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirdi ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və digər ətraf 7 rayon işğal olunub: “Ona görə Şuşa ilə bu kampaniyaya başladıq ki, bu şəhər ilk işğal olunub. 23 il ərzində işğal altında qalan Şuşada tarixi, mədəni abidələr, şəhərin infrastrukturu darmadağın edilib. Bu gün dünya tolerantlıqdan, sülhdən danışır. Əgər belədirsə, onda Şuşadan da danışmaq lazımdır. Çox istərdim ki, bu kampaniyaya digər sahələrin təmsilçiləri də qoşulsun. Hesab edirəm ki, bu, təkcə Şuşa üçün, Azərbaycan üçün deyil, dünyaya bir sülh çağırışıdır. Hər kəs bu kampaniyaya dəstək verməlidir. Şuşa təkcə işğal günü yox, hər zaman diqqət mərkəzindədir”.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov qeyd etdi ki, bizim əhalimizin sayı 10 milyona yaxındır. Onun sözlərinə görə, Azərbaycan çox unikal bir məkanda yerləşir: “Azərbaycan cəmiyyəti çoxdinli, çoxmillətli, mültikultural dövlətdir. Amma elə dövlətlər var ki, monoetnikdir. Ermənistan məhz belə dövlətlərdəndir. Vaxtilə bu dövlətin əhalisinin yarısı azərbaycanlılar idi. Lakin bu gün orada bir azərbaycanlı belə yoxdur. Bu azmış kimi, onlar Qarabağ torpaqlarına göz dikdilər. Ermənilər Xocalıda soyqırımı həyata keçirdilər və mayın 8-də Şuşanın işğalı ilə Dağlıq Qarabağı bütövlüklə işğal etdilər.
Düzdür, sonralar beynəlxalq qurumlar qətnamələr qəbul etdilər. Lakin bu qətnamələr kağız üzərində qaldı. Bu gün beynəlxalq qurumlar Ukrayna münaqişəsi kimi konfliktlərə tez reaksiya verdiyi halda, Dağlıq Qarabağ münaqişəsinə heç bir köməklik göstərilmir”.
Tahir Süleymanov bəzi Qərb dövlətlərinin Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verməsinə təəssüfləndiyini dedi: “ABŞ 1992-ci ildən bu yana Dağlıq Qarabağa 5,74 milyard dollar köməklik göstərib. Separatçı qurumun rəhbərləri Amerikaya, Qərb dövlətlərinə rahat şəkildə gedib gəlirlər. Ən biabırçı fakt odur ki, Vaşinqtonda separatçı Dağlıq Qarabağ rejiminin nümayəndəliyi fəaliyyət göstərir. Buna baxmayaraq, Qərb liderləri hələ də münaqişənin həlli üçün nə konkret fikir bildirir, nə də köməklik göstərirlər. Hesab edirəm ki, bu məsələdə erməni lobbisinin rolu olduğu kimi, həm də müsəlman olmağımız dünyaya ölkələrinə maneçilik törədir”.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun sözlərinə görə, Şuşanın işğalı ərəfəsində azərbaycanlılar nə müharibəyə hazırlaşıb, nə də ermənilərin belə bir niyyətindən xəbərləri olub: “Ermənilər Xankəndində olan 366-cı alayın köməkliyi ilə Şuşanı işğal etdilər. İşğal zamanı Şuşanın, demək olar ki, bütün infrastruktur, tarixi-mədəni abidələri tamamilə dağıdılıb.
Şuşa, əhalisinin sayına görə, dünyaya xeyli dühalar bəxş edib. Prezident İlham Əliyev ermənilər tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması məsələsinə hər zaman həssaslıqla yanaşıb. Biz əminik ki, tezliklə öz dədə-baba torpaqlarımıza qayıdacağıq. Bu gün də məhz dövlətimizin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır”. Tədbirdə iştirak edən əcnəbi QHT nümayəndələri də dünya ölkələrinin Dağlıq Qarabağ məsələsinə laqeyd yanaşmasına, Şuşanın mədəni irsinin ermənilər tərəfindən dağıdılmasına təəssüfləndiklərini bildirdilər. Onlar bu konfransda öyrəndiklərini öz ölkələrində paylaşacaqlarını qeyd etdilər. Daha sonra tədbir panellər üzrə davam etdirildi. Sonda “Mədəni irsi qoruyaq-sülhlə gələcəyi təmin edək” adlı Bakı toplantısının bəyannaməsi qəbul olundu.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info