Kolleclər ali məktəblərin nəzdinə keçiriləcək
Tarix: 06.05.2015 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Azərbaycanda kolleclər ali məktəblərin nəzdinə keçiriləcək. Təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşdə deyib ki, bu gün orta ixtisas təhsili müəssisələrinin böyük hissəsi kollec adlandırılır.
Təhsil Nazirliyinin planlarına əsasən, kolleclərin ali təhsil müəssisələrinin nəzdinə keçirilməsi prosesinə başlanacaq: “Fikrimizcə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə bilər. Digər tərəfdən, subbakalavriat dərəcəsini təklif etməklə, həmin orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin artırılması və onlara marağın artırılmasına xidmət edə bilər. Təbii olaraq, biz burada ixtisaslara baxacağıq”. M. Cabbarov əlavə edib ki, son illərdə Azərbaycanın təhsil sistemində paradoksal vəziyyət yaranıb: “Bu gün pis məktəb direktoru deyəndə valideynlər tərəfindən X-XI siniflərdə şagirdlərin bütün fənlərdən iştirakını tələb edənlər nəzərdə tutulur”. Nazir bildirib ki, valideynin fikrincə şagird I ixtisas qrupunu seçibsə, ona uyğun fənləri bilməsi kifayətdir digər 10-12 fənn ikinci dərəcəlidir: “Bu sistemdə müəyyən ziddiyyət var. Bir tərəfdən məktəblərdə təmayülləşmə, ixtisaslaşma yoxdur, amma digər tərəfdən biliyin qiymətləndirilməsi aparılır. Bu da bir çox mənfi hala gətirib çıxarır. Bütün bunları nəzərə alaraq, 2015-ci ildən 10-larla məktəbdə pilot olaraq təmayülləşmə prinsipi tətbiq ediləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info