“Naxçıvan-2015”də növbəti tur
Tarix: 06.05.2015 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


“Naxçıvan-2015” beynəlxalq şahmat festivalının 4-cü turu başa çatıb. “A” qrupunun liderləri - azərbaycanlı və gürcüstanlı qrossmeysterlər Ülvi Bacarani ilə Levan Pantsulaya bu turda üz-üzə gəliblər.
Gərgin mübarizə şəraitində keçən görüşdə gürcüstanlı zəka sahibi qalib olub. İlk 3 turdan sonra aktivinə 2 xal yazdıran azərbaycanlı zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov bu turda rusiyalı qrossmeyster Yevgeni Romanovla qarşılaşıb və məğlubiyyətlə üzləşib. Ağ-qara taxtada mübarizə aparan digər həmyerlimiz, FİDE ustası Ürfan Sevdimalıyev isə İran şahmatçısı, beynəlxalq usta Ümid Norozinin müqavimətini qıra bilməyib. Liderlər cədvəlində yer alan azərbaycanlı qrossmeysterlər Rauf Məmmədov Azər Mirzəyevlə, beynəlxalq usta Zaur Məmmədov isə digər qrossmeysterimiz Eltac Səfərli ilə bu turda qarşılaşıblar. Hər iki qarşılaşmada rəqiblər “sülh”ə razılaşıblar. Hazırda “A” turnirinə gürcüstanlı qrossmeyster Levan Pantsulaya 4 xalla liderlik edir. Cədvəlin digər 14 pilləsində qərarlaşan zəka sahiblərinin isə 3 xalı var.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin 6 lideri bu turda gərgin mübarizə aparıblar. İki zəka sahibimiz Rəşad Zeynallı iranlı Doostkamı, Vəli Zeynalzadə isə Babək Sedgini məğlub edib. Aysel Məmmədova Behranq Kabudi ilə görüşdən məyus ayrılıb. Bu nəticədən sonra aktivində 4 xal olan azərbaycanlı zəka sahiblərindən Rəşad Zeynallı, Vəli Zeynalzadə və iranlı Behranq Kabudi “B” turnirində liderliklərini davam etdirirlər. Beynəlxalq şahmat festivalının “C” turnirində isə liderlər cədvəlində 4 zəka sahibi qərarlaşıb. Sevindirici haldır ki, Naxçıvan Şahmat Məktəbinin yetirməsi Kənan Şərifzadə bu qrupda liderliyini qoruyur. O, 4-cü turda həmyerlisi Siyavuş Bağırovu mat edib. Bu qrupda özlərinə yer alan Altay Eynullayev, Mətin Mürsəlli və Ləman Hacıyeva da turu qələbə ilə başa vurublar və maksimum nəticə ilə ilk dördlükdə qərarlaşıblar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info