“Ermənistanda miqrantlara 13 faizlik vergi tətbiq ediləcək”
Tarix: 06.05.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Sosioloq Aqaron Adibekyan: “Ermənistanda ali məktəbləri bitirən tələbələrin 75 faizi işsizdir”
Ermənistan hakimiyyəti büdcəni doldurmaq üçün ən ağlasığmaz variantlara belə, əl atmağa başlayıb. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan sonra Moskvadan gələn yardımların kəsilməsi İrəvanı iqtisadi cəhətdən məngənəyə salıb. Təcili şəkildə beynəlxalq donor təşkilatlarından kreditlər cəlb etməyə çalışan İrəvan hakimiyyəti bununla ölkənin xarici borcunu da artırmış olur.
Xatırladaq ki, Ermənistan Milli Statistika Xidməti bir neçə gün əvvəl ölkənin xarici borcu ilə bağlı rəsmi açıqlama yayıb. Həmin açıqlamada qeyd edilir ki, aprelin 1-i üçün Ermənistanın xarici borcu 3 milyard 925 milyon dollar təşkil edir. ÜDM-in 80 faizini təşkil edən borcun 3,5 milyard dolları hökumətə, 431 milyon dolları Mərkəzi Banka aiddir. Vəziyyətdən çıxmağa çalışan Ermənistan hakimiyyəti yeni qanun layihəsi hazırlayıb. “Lragir” yazır ki, qanun layihəsinə əsasən, işləmək üçün xarici ölkələrə gedən miqrantlar qazanclarının 13 faizini Ermənistan büdcəsinə ödəməlidir. Başqa sözlə, Ermənistanda özünə iş tapa bilmədiyi üçün Rusiya və ya digər ölkəyə getməyə məcbur olmuş miqrant qazandığı pulun 13 faizini dövlətə ödəməlidir. Ermənistan maliyyə nazirinin müavini Vaxtanq Mirumyan bildirib ki, yeni hazırlanan qanun layihəsində Rusiya ilə bağlı heç bir problem yoxdur.

“Miqrantlar qazandığı pulu Ermənistanda qalan və aclıq vəziyyətində olan ailələrinə göndərirlər. İndi Ermənistan dövləti həmin ailələrin dolanışıq puluna da şərik çıxaraq vəsaitin 13 faizini kəsmək istəyir”

“Lragir” isə qeyd edir ki, belə bir qanun layihəsinin hazırlanmasının təşəbbüskarı elə Kremlidir: “Belə görünür ki, İrəvanın Moskvadan maddi yardım istəyi növbəti dəfə rədd edilib. Moskva yaxşı vaxtlarında belə, Ermənistana qarşı heç vaxt əliaçıq olmayıb. Rusiya həmişə Ermənistanın qanını çəkib. Görünür, İrəvana pul verməkdən imtina edən Moskva Sərkisyana məsləhət görüb ki, erməni miqrantlara vergi tətbiq etməklə vəziyyətdən çıxa bilər. Moskva bu məsələdə İrəvana “informasiya dəstəyi” verərək hansı erməni miqrantın harada çalışması və nə qədər qazanması ilə bağlı məlumatları ötürə bilər. Hazırda erməni miqrantlar iş üçün patent pulu istisna olmaqla Rusiya büdcəsinə vəsait ödəmirlər. Onlar qazandığı pulu Ermənistanda qalan və aclıq vəziyyətində olan ailələrinə göndərirlər. İndi Ermənistan dövləti həmin ailələrin dolanışıq puluna da şərik çıxaraq vəsaitin 13 faizini kəsmək istəyir. Bu qanun ancaq o halda faydalı ola bilər ki, ölkədə çoxlu iş yeri ola və insanlar vergi verməmək üçün xaricə getməyib, qalıb ölkədə işləyərlər. Amma Rusiya və Ermənistan rəhbərliyi yaxşı bilir ki, bu, mümkün olan iş deyil. Miqrantların iş axtarmaq üçün Rusiyaya kütləvi axınının qarşısını almaq mümkün deyil”. Erməni sosioloq Aqaron Adibekyan isə bildirib ki, Ermənistanda ali məktəbləri bitirən tələbələrin 75 faizi işsizdir: “Rəsmi rəqəmlərə görə ölkədə işsizlik 21 faiz təşkil edir. İşsizlərin sırası gənclərin qatılması ilə daha da çoxalır. İşsizlər arasında qadınların sayı üstünlük təşkil edir. Yaşla bağlı problem də aktualdır. 40 yaşdan sonra Ermənistanda iş tapmaq mümkün deyil. İş yerlərinin olmaması Ermənistanın ən ciddi problemidir, amma dövlətin işsizlik əleyhinə proqramı yoxdur”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Prezident ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info