Afrikalı tələbələrdən ilk Avropa Oyunlarına dəstək çağırışı
Tarix: 06.05.2015 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Farouck Hashim Umar: “Bakı qonaqları Şərq
qonaqpərvərliyi ilə qəbul edəcək”

Nsikan Ekwere: “Bakı, Avropa Oyunlarında tursitlərə tarix yaşat”
Hydar Aljrary: “Hər kəs Azərbaycanın necə tolerant, gözəl bir ölkə olacağını gözləri ilə görəcək”

Əcnəbi tələbələr- Asiya, Avropa və Afrikadan olan gənclər Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəstək nümayiş etdirirlər. Onlar təkcə Avropanı deyil, bütün qitələri Bakıda birləşdirməyi təklif edirlər. Olimpiya Oyunlarının da Azərbaycanın paytaxtı Bakıda keçirilməsinin daha ədalətli addım olacağını deyən gənclər hələlik dünya idman həyatının gündəmində olan Avropa Oyunları haqqında fikirlər səsləndiriblər. İndoneziyada oxuyan və eləcə də digər ölkələrdə yaşayan, Çin, Serbiya, Seneqal, Misir, Tunis, Pakistan, Özbəkistan, Laos, Nepal, Banqladeş, Hindistan, Sudan, Nigeriya, Konqo, Zimbabve, Madaqaskar, Keniya və Malidən olan tələbələrdən qısaca Avropa Oyunları haqqında fikirlərini öyrəndik və eləcə də onlar “Bakı-2015”ə xüsusi formada-əllərində “Bakı-2015” yazılan plakatlarla dəstəklərini göstəriblər.
“Mən Bakının Avropa Oyunlarında daha da möhtəşəm olacağını gözləyirəm”. Bunu Seneqaldan olan tələbə Oussou Diallo deyir. Onun sözlərinə görə, Avropa Oyunlarının Bakıda keçirilməsi Qafqaz ölkəsi olan Azərbaycanın tanınmasında mühüm əhəmiyyətə malikdir. Diallo deyir ki, o da Bakıda olmasını çox istəyir: “Çox istərdim mən də yarışlara tamaşa edim. Bu əsrarəngiz ölkəni də gözlərimlə görüm. Amma təhsil işləri buna mane olur. Azərbaycanlı tələbə Elmar İskəndərovdan Azərbaycan haqqında çox eşitmişəm və ümumilikdə ölkənizin yaxın vaxtlar mühüm idman yarışına ev sahibliyi etməsi Azərbaycana olan marağı artırıb. Artıq bütün diqqətlər Qafqazın bu cazibədar ölkəsinə yönəlib. Əlbəttə bu yarış ilk dəfə keçiriləcək və yalnız bir qitənin ölkələri üçün nəzərdə tutulub. Amma mən əminəm ki, Azərbaycana təkcə Avropadan deyil, Afrika Amerika və Asiyadan da xeyli sayda idman həvəskarı və turistlər axın edəcək. Bir həqiqət var ki, idman ədalət, sülh rəmzidir. Ümid edirəm ədalətli şəkildə keçiriləcək bu yarış da Azərbaycan üçün böyük tarix yazacaq. Artıq Azərbaycan Avropa üçün tarix yaza bilib, deyə bilərəm. Ümid edirəm yaxın vaxtlarda Olimpiya Oyunları sizin ölkədə təşkil olunacaq və mən də Azərbaycana öz dostlarımla baş çəkə biləcəyəm. Afrikalı, seneqallı gənc olaraq deyirəm- “Bakı, Avropa Oyunları salam və uğurlar!”
Konqodan Dirami Nsadi deyir ki, bu cür idman yarışları siyasi baxımdan da mühüm əhəmiyyətə malikdir. Azərbaycanın hansı ağrı-acılar yaşadığını eşitmişik. İndoneziyada təhsil alan Elmar İskəndərov bizə bu barədə məlumatlar verib. Ümumiyyətlə, ərazisi işğal edilmiş bir ölkəyə belə etimad göstərilibsə, Azərbaycan çalışıb bəzi təbliğati işləri də aparmalıdır ki, dünya ölkənizin nə dərəcədə haqlı ədalət tərəfdarı olduğunun şahidi olsun. Əla təşkilatçılıqdan sonra Azərbaycanın haqq səsinə hələ də səs verməyən ölkələr bəlkə bundan sonra sizinlə bir olarlar. Qısası, çox istərdim mən də o yarışları canlı izləyəm və sevincinizi bölüşəm. Amma bu bir qədər biz tələbələr üçün imkansızdır. Ümid edirəm ki, yaxın gələcəkdə hansısa formatda ölkənizə səfərlər təşkil olunanda Bakıda olacağam. Avropa Oyunlarının Bakıda uğurla təşkil olunacağıma əminəm”. Nigeriyadan Nsikan Ekwere, Farouck Hashim Umar da Avropa ölkələrinin idmançılarını əhatə edəcək bu möhtəşəm yarışa Afrikada da böyük marağın olacağını deyirlər. Onlar bunu futbol üzrə Avropa Çempionatının daim Afrikada yaxından izlənməsi ilə əlaqələndirirlər. Nsikan deyir: “Əgər təkcə bir idman üzrə keçirilən belə bir qitə yarışı diqqətlə izlənirsə, bir neçə idman növünü əhatə edəcək bir yarışmanın hansı maraq və diqqətə sahib olacağını təsəvvür etmək asan deyil. Biz tələbələr Bakı haqqında məlumatlıyıq və neft ölkəsi olan Azərbaycanın son illərdə idman və digər uğurlarına görə daha çox tanınmasını müsbət amil sayırıq. “Bakı Avropa Oyunlarında tursitlərə tarix yaşat” deyirəm
Farouck Hashim Umar deyir ki, onlar Oyunlar zamanı turistlərin belə kiçik olsa da, Şərq aləmində bir sıra müsbət məqamları ilə tanınan ölkəyə böyük maraq göstərəcəklərinə əmindirlər: “Bakı, qonaqları Şərq qonaqpərvərliyi ilə qəbul edəcək. Bir də istərdim ki, bu oyunları sonadək idman meydançalarından izləyəm. Amma təhsil işləri və bir sıra problemlər buna imkan verməyəcək. Buna baxmayaraq biz azərbaycanlılarla, bu mehriban qonaqpərvər xalqla həmrəyik, dəstəyimizi bildiririk və bundan sonra da bir çox təbliğati işlərdə sizə böyük dəstək göstərəcəyimizdən əmin olun. Buradan Avropa Oyunlarının iştirakçılarına salamlar da göndərirəm. Oyunlar hələ başlamasa da əminəm ki, Bakıda hər şey öz qaydasında gedir. “Bakı 2015” tarix yazacaq” deyirəm!” Sudandan olan tələbə Hydar Aljrary Avropa Oyunları haqqında məlumatlı olduğunu deyir. Onun sözlərinə görə, müasir dünyada müharibələrin, qanlı olayların çoxalması fonunda Bakının belə möhtəşəm idman oyununa ev sahibliyi etməsi rəmzi məna da daşıyacaq: “Az qala yanlış təbliğatın sayəsində dünyanın böyük hissəsi İslam ölkələrinin üstünə gəlir, müsəlmanları savaşmağı sevənlər kimi təqdim edirlər. İdman sülh rəmzidir. Təbii ki, əgər ədalətli keçirilərsə. Azərbaycan da İslam aləminin bir hissəsi olaraq sübut edəcək ki, əslində biz sülh tərəfdarıyıq. Bunu Oyunların yüksək səviyyədə təşkil olunması ilə göstərmək olar. Hər kəs Azərbaycanın necə tolerant gözəl bir ölkə olacağını gözləri ilə görəcək. Bakı, Oyunları qəbul et və uğurlu təşkilatçılıqla dünyaya mesaj göndər deyirəm!”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb
19.10.2019
Əli Həsənov: Radikal müxalifətin ikinci oktyabr iflası
19.10.2019
Barselonada gərgin vəziyyət davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info