Asiya uğrunda döyüş
Tarix: 06.05.2015 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Ekspertlər hesab edir ki, Rusiya ilə Hindistan arasındakı hərbi əməkdaşlığın genişlənməsi ABŞ-ı kədərləndirməklə yanaşı, bu bölgədə güc tarazlığını bərpa etmək cəhdinə və BRICS-in güclənməsinə maneə törədə bilməyəcək. “Sputnik”in məlumatına görə, Pentaqon rəhbəri Eşton Karter taktiki gediş edərək Dehliyə yeni aviasiya məhsulları
təqdim edib.

Belə görünür ki, Karter Hindistanın baş naziri Narendra Modi ilə qarşıdakı 10 il üçün ikitərəfli hərbi əməkdaşlıq haqqında saziş imzalayacaq. “Diplomat” nəşrinin kiberdiplomatiya üzrə hərbi analitiki Frans Stefan Qadinin təəbirincə, Amerikanın bu cəhdi BRICS-ə üzv ölkələr arasında genişlənməkdə olan hərbi əməkdaşlığa qarşı yönəlmiş gecikmiş bir addımdır. Xatırladaq ki, Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin məlumatına görə, 2014-cü ildə Rusiyadan hərbi texnika və silah məhsullarının ən böyük alıcısı Hindistan olub. Belə ki, Hindistan bu ölkədən ümumi məbləği 4.7 milyard dollar dəyərində hərbi texnika alıb. “Bundan əlavə, unutmaq olmaz ki, Rusiya hərbi avadanlıqları ilə təchiz edilmiş BRİKS ölkələri hazırda iqtisadi ittifaq olmaqla yanaşı, həm də özünü kifayət qədər təmin etmiş qlobal oyunçuya çevrilməkdədir”- deyə, Qadi qeyd edib
Rusiya ilə Hindistan arasındakı hərbi əməkdaşlığın inkişafı ABŞ üçün yaxşı hal olmasa da, Vaşinqton Hindistanla hərbi əlaqələri gücləndiməyə cəhd etməklə “bir oxla iki dovşan vurmağı” planlaşdırır. O, Moskvanın Asiyadakı diplomatik uğurlarına kölgə salmağ cəhdləri ilə yanaşı, Dehli ilə Pekin arasında ziddiyyətlərin yaranmasına çalışır. Lakin bütün bunları “uğursuz strategiya” kimi təqdim edən avstraliyalı ekspert Krislin Rover qeyd edir ki, Çinlə Hindistan arasında ziddiyyətlər tarix boyu mövcud olsa da, bu, ABŞ-la Çin arasındakı ziddiyyətlərlə müqayisədə çox zəif görünür: “Rusiya Hindistanın əsas strateji tərəfdaşı olaraq qalır. Bundan əlavə üç dövlət-Rusiya, Hindistan və Çin çoxqütblü dünya yaratmağı prioritet istiqamət kimi seçiblər”.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info