“İŞİD” ABŞ ərazisində 70-dən çox yaraqlısının olduğunu iddia edir
Tarix: 07.05.2015 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“İŞİD” qruplaşması ABŞ-ın 15 müxtəlif ştatında yaxşı təlim görmüş və hücum əmri gözləyən 71 yaraqlısının olduğunu iddia edir. “RİA Novosti” xəbər verir ki, “İŞİD” qruplaşması öz radio müraciətində ABŞ-ın Texas şəhərində Məhəmməd Peyğəmbərə aid karikaturaların nümayiş edildiyi sərgiyə hücumun məsuliyyətini üzərinə götürüb.
Bundan başqa, internetdə sərginin təşkilatçısı, Birləşmiş Ştatlarda İslam əleyhinə təbliğat aparan Pamela Hellerin ünvanına təhdidlər yerləşdirilib. İraqın və Suriyanın böyük hissəsini ələ keçirmiş “İŞİD” bu gün əsas qlobal problemlərdən biridir. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına əsasən, ələ keçirdiyi ərazilərdə xilafət elan edən qruplaşmanın 30 minə qədər əsgəri var. Qruplaşmanın Yaxın Şərq və Şimali Afrikanın bir çox ölkələrində də bazaları yerləşir. “İŞİD”lə mübarizədə vahid cəbhə mövcud deyil. Onlara qarşı Suriya və İraqın hökumət qüvvələri, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya, həmçinin yerli kürdlər döyüşür. Rusiyanın NTV telekanalının verdiyi məlumata görə, ABŞ hökuməti “İŞİD”in xüsusilə təhlükəli dörd yaraqlısı haqda dəyərli məlumatlar üçün 20 milyon dollar mükafat vəd edib. Belə ki, Dövlət Departamenti Əbd ur-Rəhman Mustafa əl-Kaduli barədə məlumata görə 7 milyon dollar, Əbu Məhəmməd əl-Adnani və Tarxan Taymurazoviç Batiraşvili adlı yaraqlıların hər biri barədə məlumata görə 5 milyon dollar, həmçinin Tarik ben əl-Tahar ben əl Falih əl-Avni əl-Harzi barədə məlumata görə isə 3 milyon dollar pul mükafatı müəyyənləşdirib.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
İnternetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkarlanıb
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10599

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info