Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının açılışı olub
Tarix: 07.05.2015 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Türkiyənin Tarsus şəhərində Heydər Əliyev Parkının və ümummilli liderin burada ucaldılan abidəsinin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov iştirak ediblər. Mərasimə Türkiyənin Mersin vilayətinin valisi Özdemir Çabaçak, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz, Tarsus bələdiyyəsinin sədri Şövkət Can və digər tanınmış şəxslər də qatılıblar. Bundan başqa, Türkiyənin və Azərbaycanın elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri, QHT rəhbərləri, tələbələr, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri mərasimdə iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olundu, dövlət himnlərimiz səsləndirilib. Məlumat verilib ki, Bakının Xətai rayonu ilə Türkiyənin Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai Parkı və ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə verilib. 2011-ci il martın 16-20-də Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan nümayəndə heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək qardaş Türkiyədən böyük nümayəndə heyəti Bakı şəhərində, eləcə də Xətai rayonunda işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada ulu öndərin abidəsinin ucaldılması qərara alınıb. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus bələdiyyəsinin sədri Şevkət Can mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, türk dünyası qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycan ilə Türkiyə arasında daim inkişaf edən münasibətlərdən, region ölkələrinin kompleks inkişafına hesablanmış strategiyanın tarixi əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Əsrlər boyu türk xalqlarının birliyinə nail olmaq üçün tarixi şəxsiyyətlərimiz dövrün siyasi şəraitinə uyğun mübarizə aparıblar. XX əsrin əvvəllərində bu tarixi missiyani Mustafa Kamal Atatürk, həmin əsrin sonlarından başlayaraq isə Heydər Əliyev uğurla həyata keçiriblər. Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi və Qərbə nəqlini təmin etməklə ölkələrimizin iqtisadi qüdrətini artırıb, beynəlxalq enerji təhlükəsizliyi məsələsində Türkiyənin qüdrətini durmadan yüksəldən yeni bir güc mərkəzi yaradıb. Odur ki, qardaş ölkədə ulu öndərin adının əbədiləşdirilməsi istiqamətində daha bir addımın atılması Heydər Əliyevin tarixi missiyası qarşısında mənəvi borcumuzdur. Çıxışlarda əminliklə qeyd olunub ki, Heydər Əliyevin xatirəsinə göstərilən bu ehtiram onun şəxsiyyətinin ucalığının timsalında Tarsus şəhərinin sürətli inkişafına özünəməxsus təsir göstərəcək. Ulu Öndərin adını daşıyan parka gələn hər bir şəxs Azərbaycanın xilaskar oğlu Heydər Əliyevin xatirəsini böyük hörmət və ehtiramla yad edəcək. Tədbirdə, həmçinin ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələrindən, o cümlədən artıq bəhrə verən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin və reallaşmaqda olan TANAP, TAP, Bakı-Tbilisi-Qars və Avrasiya Böyük İnformasiya Yolu layihələrinin əhəmiyyətindən danışılıb. Rəsmi mərasimdən sonra ulu öndər Heydər Əliyevin abidəsi üzərindəki örtük götürülüb. Abidənin önünə tər çiçəklər düzülüb. Sonra Azərbaycandan və Türkiyədən olan rəsmi şəxslər Heydər Əliyev Parkında ağac əkiblər. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü, Mersin vilayətinin valisi Özdemir Çabaçak və Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Kocamazla ayrı-ayrılıqda görüşüb. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deputat, yazıçı Hüseynbala Mirələmovun həmmüəllifi olduğu, ulu öndərin mənalı həyat yolu, zəngin fəaliyyətinə həsr edilən “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabını Türkiyə rəsmilərinə hədiyyə edib. Bu kitab Heydər Əliyev Parkının açılış mərasiminin iştirakçılarına da paylanıb. Açılışdan sonra Xətai Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı olub. Konsert Mersinin yerli telekanalı olan “Kanal 33” tərəfindən canlı yayımlanıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyə hökuməti Beynəlxalq Əfv Təşkilatının “Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı hesabatını qərəzli hesab edir
20.10.2019
Naxçıvan Qarnizonunda silsilə tədbirlər keçirilib
20.10.2019
Bu müxalifət rəhbərləri efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar
20.10.2019
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək
20.10.2019
Bu gün Dünya Osteoporozla Mübarizə Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info