Prezident Kitabxanasında kitab təqdimatı
Tarix: 07.05.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Prezident Kitabxanasında Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ölkənin neft sənayesi tarixi və yeni neft strategiyasından bəhs edən “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, fransız dilində nəşr olunan və sayca 5-ci olan bu kitabda Azərbaycanın neft tarixi, neft ixracı və bugünkü ehtiyatları barədə ətraflı informasiya toplanıb. O deyib ki, kitabın Kanadada fransız dilində nəşr olunmasının xüsusi əhəmiyyəti var: “Çünki Fransız dili Kanadada ikinci dövlət dili və BMT-nin 6 rəsmi işlək dillərindən biridir. Bu baxımdan kitabın fransızdilli ölkələrdəki elmi mərkəzlərə, kitabxanalara, ali təhsil ocaqlarına göndərilməsi Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcək. Eyni zamanda düşünürəm ki, bu kitab Azərbaycan neft strategiyasının banisi Heydər Əliyevin doğum gününə gözəl hədiyyədir”. Direktor kitabın elektron versiyasının Prezident Kitabxanasının saytında yerləşdiriləcəyini söyləyib.
Kitabın müəllifi, hüquq elmləri doktoru Fazil Zeynalov çıxışında Azərbaycanın qədimdən neft ölkəsi kimi tanındığını vurğulayıb: “Sovet İttifaqı dağılandan sonra Azərbaycanda çətin duruma düşən neft sənayesi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yenidən dirçəlib və yeni neft strategiyası həyata keçirilib. Kitabda neft strategiyasını uğurla həyata keçirən və müstəqil xarici siyasət yürüdən Prezident İlham Əliyevin neft və qaz kəmərlərinin diversifikasiyası məsələsini uğurla həll etməsi məsələsinə də xüsusi yer ayrılıb. Kitabda neft strategiyasının mahiyyəti və özünəməxsus xüsusiyyətləri regional kontekstdə dəyərləndirilib”. Digər çıxışçılar da kitabın Azərbaycanın neft sənayesinin təbliğinə böyük töhfə verəcəyini qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info