Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Tarix: 07.05.2015 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Bu günlərdə Azərbaycanın hər yerində, xarici ölkələrdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənə ilə qeyd edilir, ulu öndərin əziz xatirəsi ehtiramla anılır. İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müasir Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında, əhalinin rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ulu öndər ölkəni xaos və böhrandan qurtarıb, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaradıb. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionlarının tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi nəticəsində ölkəmizin inkişafı davamlı xarakter alıb, Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətlərindən birinə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı”, “Heydər Əliyev və regionların sosial-iqtisadi inkişafı siyasəti” və “Heydər Əliyev və Azərbaycan sənayesi” mövzularında məruzələr dinlənilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tədbirə yekun vuraraq tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilməsinin ölkəmizin gələcək inkişafının uğurlu olacağına ən möhkəm zəmanət olduğunu bir daha vurğulayıb.
Sonda ümummilli liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunub. Qeyd edək ki, son 6 ildə İqtisadiyyat və Sənaye Nazirliyi üzrə YAP üzvlərinin sayı 57-dən 470-ə yüksəlib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub
15.06.2019
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi: Prezident xüsusi təyyarə ayırıb
15.06.2019
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu Öndərin tarixi xilaskarlıq missiyası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info